6 Noyabr 2026, Cümə
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu

Ölkə futbolu

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi

Ukraynalı mütəxəssis Yuri Maksimov karyerasını yenidən Azərbaycanda davam etdirməyə yaxındır.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Ukrayna mətbuatı yazıb.

Bildirilib ki, 57 yaşlı mütəxəssis “Araz-Naxçıvan”ın təklifini qəbul edib və yaxın zamanda komandanın baş məşqçisi təyin olunacaq.

Y.Maksimov Azərbaycan futboluna tanış simadır. O, 2017-2018-ci illərdə “Keşlə”də işləyib. Baş məşqçi kimi bu komandaya Azərbaycan kubokunu qazandırıb.

Xatırladaq ki, 6 turdan sonra Azərbaycan Premyer Liqasında sonuncu olan “Araz-Naxçıvan” dünən baş məşqçi Cavid Hüseynovu istefaya göndərib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30