14 Noyabr 2026, Şənbə
Rövşən Nəcəf millimizi təbrik etdi
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı
13-cü turun oyun cədvəli açıqlandı

Ölkə futbolu

Azərbaycan klublarının rəsmiləri mötəbər tədbirdə iştirak ediblər

Avropa Futbol Klublarının (EFC) 33-cü Baş Assambleyası keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, tədbirdə quruma üzv olan Azərbaycan klublarının nümayəndələri də iştirak ediblər.

Azərbaycanı Assambleyada “Qarabağ”, “Sabah”, “Neftçi”, “Zirə”, “Turan Tovuz”, “Sumqayıt”, “Şəfa” və “İmişli” klublarının rəsmiləri təmsil edirlər. “Araz-Naxçıvan” isə üzrlü səbəbdən tədbirə qatılmayıb.

Tədbirdə EFC prezidenti Nassir Əl-Xelaifi, UEFA prezidenti Aleksander Çeferin iştirak ediblər.

Qeyd edək ki, özündə 900-dən çox klubu birləşdirən Avropa Futbol Klubları qitənin peşəkar futbol klublarını təmsil edən, UEFA və FİFA tərəfindən tanınan klub təşkilatıdır. Qurumun qərarverici orqanı olan İcraiyyə Komitəsinin üzvləri sırasında “Qarabağ” klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov da var.

Baş Assambleyada Avropa klub futbolunun aktual məsələləri, klubların maraqlarının qorunması və beynəlxalq futbol qurumları ilə əməkdaşlıq müzakirə olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30