14 Noyabr 2026, Şənbə
Millimiz Lixtenşteynə qalib gəldi
Krivostyuk heyətdən çıxarıldı
13-cü turun oyun cədvəli açıqlandı
Azərbaycan futbolunun qara günü

Digər idman növləri

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib

Avarçəkmə və kanoe üzrə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ilk yarış günü başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Su İdmanı Növləri Federasiyasının (AWSF) birgə təşkilatçılığı ilə keçirilən turnirin ilk günü Füzulidə Köndələnçay su anbarında təşkil olunub.

Rəsmi açılış mərasimindən sonra yarışlara start verilib gərgin və maraqlı keçən mübarizədə ilk gündə kayak və kanoe üzrə 200 metr məsafəyə yürüşlər keçirilib. Nəticələrə əsasən, müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyənləşib.

Azərbaycan təmsilçilərindən Əlimurad Hacızadə qızıl, Nuran Rəhimli (hər ikisi 2008/2009, 1 nəfərlik kayak yarışı) gümüş, Hüseyn Səmədli (2008/2009, 1 nəfərlik kanoe yarışı) və Elmir Tağıyev (2010/2011, 1 nəfərlik kayak yarışı) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı iştirak edir. Reqatanın növbəti iki günü Mingəçevirdə yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30