6 Iyul 2026, Bazar ertəsi
“Qarabağ”ın 8-ci transfer - Rəsmi
"Zirə" Diqbeunu heyətinə qatdı
DÇ-2026-da ilk 1/4 finalçı müəyyənləşdi
"Turan Tovuz"da yeni qapıçı

Digər idman növləri

“Özümü Bakıda Türkiyədəki kimi hiss etdim”

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, bu gün çəkisi 58 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Qalib adını türkiyəli atlet Sümeyya Kentli qazanıb. O, birdən qaldırma hərəkətində 90 kq, təkanla qaldırmada 117 kq-ı ram edib. Toplam 207 kq (90+117) nəticə göstərən qardaş ölkə təmsilçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Türkiyəli atlet yarışdan sonra qələbə sevincini AAAF TV ilə bölüşüb:

“Yarışdakı çıxışımı çox yaxşı dəyərləndirirəm. Burada hazırlıq zamanı etmədiyim nəticəni göstərdim. Məni yarış zalında sonadək dəstəklədikləri üçün Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Özümü burada Türkiyədəki kimi hiss etdim”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31