1 Oktyabr 2026, Cümə axşamı
U-21 millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi

Digər idman növləri

Lunyovun 2-ci, Azərbaycanın 12-ci qızıl medalı

Mayın 14-də - “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə Azərbaycan idmançısı Ruslan Lunyov özünün ikinci, ölkəmizin 12-ci qızıl medalını qazanıb.

Futbolxeber.az saytının “Azərtac”a istinadən verdiyi məlumata görə, o, atıcılıq yarışlarında kişilər arasında 25 metrdən tapança ilə sürətli atəşaçma yarışının qalibi olub. Ruslan Lunyov hamıdan yüksək nəticə göstərərək qızıl medala sahib olub.

Gümüş medalı Türkiyə idmançısı Murad Kılıç, bürünc mükafatı isə Oman atıcısı Səid Əl Haşimi qazanıb.

Qeyd edək ki, Azərbaycan yığma komandasına “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı Ruslan Lunyov qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışında hamıdan dəqiq olub - (581-25 xal).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31