Digər idman növləri
Olimpiya Oyunlarına ilk lisenziya ağır atletika yığmasından gəldi
Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında 7-ci dünya birinciliyi başa çatıb. Futbolxeber.az-ın məlumatına görə, böyük nüfuza malik, yüzə yaxın ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak etdiyi birincilik gələn il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyıb.
Belə ki, Banqkokda yığmalar səviyyəsində ən yaxşı çıxış edən komandaların indidən Olimpiya lisenziyası qazanmaq şansı yaranıb. Azərbaycan bu şansdan yetərincə yararlana bilib.
Hər ölkə maksimum 2 lisenziya əldə etmək üçün müəyyən xal ehtiyatına malik olmalı idi. Dünya birinciliyində hər bir atlet əldə etdiyi medalla yanaşı, öz ölkəsinin xal ehtiyatını müvafiq olaraq artırır. 1-ci yeri tutan ağır atlet 28, 2-ci yeri tutan 25, 3-cü yeri tutan 23 xal, bundan sonrakı bütün yerlərə görə isə bir xal azalma prinsipi ilə xal qazanılır: 4-cü yer 22, 5-ci yer 21 xal...və nəhayət, 25-ci yer 1 xal. Yarışda bütün çəki dərəcələri üzrə mübarizə bitdikdən sonra xal ehtiyatı ən çox olan 7 ölkə 2, sonrakı 10 ölkə isə 1 komanda lisenziyası əldə edə bilirdi. Əlavə edək ki, xal hesabı ölkənin yarışda iştirak edən 6 ən yaxşı atletinin qazandığı xala əsasən aparılırdı.
Dünya birinciliyində iştirak edən Azərbaycan yığması da Tailanda məhz lisenziya dalınca yollanmışdı. Sevindiricidir ki, komandamız bu işin öhdəsindən gələ bildi. Yeniyetmə atletlərimizin tutduğu yer və qazandırdıqları xal siyahısı belə idi:
| N | Adı | Çəki | Yer | Xal |
| 1. | İsmayıl Məmmədov | 56 kq | 16 | 10 |
| 2. | Elməddin Hüseynov | 56 kq | 8 | 18 |
| 3. | Elvin Abdullayev | 62 kq | 25 | 1 |
| 4. | Füqan Əliyev | 62 kq | 7 | 19 |
| 5. | Mayıl Şükürlü | 77 kq | 15 | 11 |
| 6. | Tarmenxan Babayev | 77 kq | 10 | 16 |
| 7. | Ümidvar Bayramlı | 94 kq | 10 | 16 |
| 8. | Həsənbəy Həsənzadə | +94 kq | 17 | 9 |
Azərbaycan yığmasına ən çox qazandıran 6 atletin ümumi xalı 90 oldu. Bu xallarla komandamız dünya birinciliyinin ümumi sıralamasında 9-cu yeri tutdu və Yeniyetmələrin Olimpiya Oyunlarına 1 lisenziya qazanmış oldu.
Yeniyetmələrdən ibarət yığma komandamızın əldə etdiyi bu nəticə çox sevindiricidir. İlk növbədə qeyd olunmalıdır ki, lisenziya 2001-02 təvəllüdlü yeniyetmələrimiz tərəfindən qazanılıb. Baxmayaraq ki, gələn il Oyunlarda 2000-ci il təvəllüdlü atletlər də mübarizə apara biləcək. Bu, özündən bir yaş böyüklərlə yarışda uğur qazanan yeni nəslin böyük perspektivə malik olmasından xəbər verir.
Bununla yanaşı, yeniyetmələrimizin ağır atletikanın milli idman növü səviyyəsində olan Ermənistanı qabaqlaması xüsusi vurğulanmalıdır. Eyni zamanda Ukrayna, Gürcüstan, Şimali Koreya, Rumıniya və başqa bu kimi güclü ölkələri arxada qoymağımız da qeyd olunmalıdır.
Tailanddakı yarışda medal qazanıb, lisenziya əldə edə bilməyən ölkələrin olması yığma komanda olaraq seçilən taktikanın düzgün olduğundan dəlalət edir. Azərbaycan ağır atletika yığması tarixində ilk dəfə dünya birinciliyində topladığı xal hesabına Yeniyetmələrin Olimpiya Oyunlarına vəsiqə qazandı. Buna qədər yalnız Avropa birinciliyindən bu şansa malik olmuşduq.
Və ən əsası, qazanılan bu lisenziya Azərbaycanda bütün növlər üzrə Yeniyetmələrin Buenos-Ayresdə keçiriləcək Olimpiya Oyunlarına qazanılan ilk lisenziyadır! Bu şərəfə məhz ağır atletlərin nail olması bizi çox sevindirir.
Əlavə edək ki, Azərbaycan yığması gələn il qitə birinciliyində komanda hesabında ilk 4 yerdən birini tutmaqla daha bir lisenziyaya sahib çıxa bilər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
-
09:31
“Qarabağ”ın legionerindən millidə məhsuldar ötürmə
-
22:01
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
-
21:33
Azərbaycan təmsilçisi tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb
-
20:45
Cüdoçularımızın Qran-Pridəki ilk rəqibləri müəyyənləşib
-
20:12
"Neftçi" üçün antidopinq seminarı təşkil edilib
-
19:54
Vernidub futbolçusunu qeyri-adi üsulla sınayıb
-
18:27
“Araz-Naxçıvan”ın 3 günlük istirahəti başa çatıb
-
18:00
Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
-
17:38
“Mançester Siti”nin müdafiəçisi “Barselona”nın hədəfində
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
14.11.2026
13.11.2026
12.11.2026
























