3 Noyabr 2025, Bazar ertəsi
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda
“Lans”ın yetirməsi “Sumqayıt”da

Digər idman növləri

Güləşçilərimiz AGF Kuboku uğrunda yarışacaq

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının (AGF) Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, yarış aprelin 13-dən 16-dək davam edəcək.
 
Turnirdə Azərbaycanla yanaşı, Tacikistan, Ukrayna, Özbəkistan, Latviya, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxstan və Belarus pəhləvanları mübarizə aparacaq. 
 
Turnirin proqramına əsasən, aprelin 13-də yunan-Roma güləşi üzrə yeniyetmələr, 14-də yunan-Roma güləşi üzrə gənclər, 15-də sərbəst güləş üzrə yeniyetmələr, aprelin 16-da isə sərbəst güləş üzrə gənclər mübarizə aparacaq.
 
Turnirin rəsmi açılış mərasimi 13 aprel 2017-ci il, saat 17.00-da baş tutacaq. 
 
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaq.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30