Digər idman növləri
Berlində “Bakı-2015”ə həsr olunmuş “Azərbaycan-İdman foto obyektivdə” sərgisi açılıb
Berlinin tarixi “Kunztschule” qalereyasında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniya nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycan-İdman foto obyektivdə” (ASİF) sərgisinin açılış mərasimi keçirilib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, tədbir idman həmrəyliyinə və iyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr edilib. Altmış beş fotodan ibarət olan sərgi daha öncə London, Nitsa və Maastrixt kimi Avropa şəhərlərində nümayiş etdirilib. İki yüz əllidən çox qonağın iştirak etdiyi sərgidə Almaniyanın ictimai-siyasi xadimləri, parlamentarilər, incəsənət xadimləri, media təmsilçiləri, Azərbaycan diasporunun fəalları, həmçinin Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov iştirak edib.
Tədbirin açılışında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin Almaniya nümayəndəliyinin rəhbəri Şahin Nemati-Nasab bildirib ki, Bakıda keçiriləcək birinci Avropa Oyunları Azərbaycanın idman həyatında tarixi hadisə olacaq. Azərbaycan kimi gənc və dinamik inkişaf edən ölkə üçün bu səviyyədə mötəbər idman yarışını təşkil etmək böyük bir fürsətdir. Bakının Avropa Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın ümumbəşəri dəyərlərə sadiqliyini nümayiş etdirir.
Tanınmış almaniyalı fotoqraf və ASİF foto müsabiqəsinin münsiflər heyətinin üzvü Filip Ratmer Avropada keçirilən bu sərgilərlə bağlı təəssüratını bölüşərək qeyd edib ki, “Azərbaycan–İdman foto obyektivdə” müsabiqəsinin təşkili və eyniadlı sərginin Avropanın müxtəlif şəhərlərində keçirilməsi avropalılara Azərbaycanın idman irsi ilə tanış olmağa gözəl şərait yaradır. Bu sərgi ilə tanışlıqdan sonra bir daha əmin olursan ki, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi heç də təsadüfi deyil. Bu ölkənin qədim, zəngin tarixi və mədəniyyəti kimi, zəngin idman ənənələri də var. Əminəm ki, birinci Avropa Oyunlarının Bakıda yüksək səviyyədə keçirilməsi Azərbaycanın dünyada tanıdılmasına töhfə verəcək.
Xatırladaq ki, 2014-cü ilin avqust ayından start götürmüş “Azərbaycan–İdman foto obyektivdə” adlı fotomüsabiqənin nəticələri həmin il dekabrın əvvəlində elan edilib. Müsabiqənin mövzusu 2015-ci ildə Azərbaycanın ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına həsr olunmuşdu. Müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi və Avropa Oyunlarının məzmunu kimi mövzuları əhatə edirdi.
Beləliklə, birinci yerə azərbaycanlı idman fotoqrafı Dilavər Nəcəfovun “Şöhrətə doğru”, ikinci yerə fransalı fotoqraf və videoqraf Pol Robionun “İpanema–Rio de Janeyro”, üçüncü yerə isə azərbaycanlı həvəskar fotoqraf Rüfət Abasın “Yekun təlimat” adlı fotoşəkilləri layiq görülüb.
Münsiflər heyətinə tanınmış amerikalı fotojurnalist, “VII Foto” Agentliyinin təsisçilərindən biri və 2011-ci ildə “World Press Photo” müsabiqəsinin qalibi Ed Kaşi, Maykl Cekson, Ledi Qaqa və Sofi Loren kimi məşhurların fotoportretlərinin müəllifi olaraq tanınan almaniyalı fotoqraf Filip Ratmer və azərbaycanlı fotoqraf, bir çox beynəlxalq mükafatların laureatı Əqdəs Bağırzadə daxil idi.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- II Liqada 4 oyunda 22 qol
-
00:23
U-21 millimizdən 5 qollu məğlubiyyət
-
20:05
Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar FOTOLENT
-
19:38
Babək Quliyev Millətlər Liqasının oyununa təyinat alıb
-
18:54
Mingəçevir Reqatası: Avarçəkənlərimiz daha 7 medal qazanıblar
-
18:26
Voleybol oyununa görə "Turan Tovuz" oyununun yeri dəyişdirildi
-
18:12
PFL I Liqada 15 oyunun vaxtını açıqladı
-
18:00
İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
17:47
Boksçularımız U-17 Avropa çempionatında iştirak edəcəklər
-
17:33
"Mingəçevir Reqatası-2026": Daha bir idmançımız qızıl medal qazanıb
-
17:21
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “ustad dərsləri”
-
16:59
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
-
16:48
U-20-nin oyunları canlı yayımlanacaq
-
16:05
Canninin gəlişindən sıxılan canlar
-
15:36
Bu federasiyaya yeni prezident seçildi
-
15:14
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
-
14:52
Toni Doherti: “Azərbaycana qarşı hücum futbolu oynayacağıq”
-
14:27
Rudolf Speyd “Qarabağ”ın futbolçusu haqda nə dedi?
-
14:00
"Zirə"nin üzvləri üçün maarifləndirici sessiya təşkil olunub
-
13:41
"Formula 1" üzrə Azərbaycan Qran-prisini 300-ə yaxın media nümayəndəsi hadisə yerindən işıqlandırıb
-
13:13
"Mingəçevir Reqatası-2026": Təmsilçilərimiz daha üç medal qazanıblar
-
12:59
Kökçü millinin düşərgəsindən ayrıldı
-
12:38
Yunanıstan - Latviya oyunu azərbaycanlı hakimlərə tapşırıldı
-
12:05
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:46
İspaniya - Xorvatiya matçında 5 qol VİDEO
-
11:22
Anje Mutsinzi: 90 dəqiqə, sarı vərəqə və 3 xal
-
10:54
“Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
-
10:31
Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
-
10:17
"Mingəçevir Reqatası-2026": İkinci mərhələyə start verilir
-
10:00
Azərbaycan klublarının rəsmiləri mötəbər tədbirdə iştirak ediblər
-
09:43
"Zirə"nin futbolçusu millidə qol vurdu
-
20:33
Basketbol Federasiyası yeni mövsümün açılışı ilə bağlı tədbir keçirib FOTOLENT
-
19:00
II Liqada V tura yekun vuruldu
-
18:14
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
-
17:41
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
-
17:22
IX turun oyun cədvəli açıqlanıb
-
16:59
AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub
-
16:37
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib
-
16:15
“Araz”, “Damla” və “Xəzər”
-
15:48
NTD daha üç yerli basketbolçunu heyətinə qatıb
-
15:26
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
15:00
PFL Premyer Liqada təxirə salınmış 2 oyunun vaxtını açıqladı
-
14:34
"Qarabağ" - "Neftçi" oyununun vaxtı bilindi
-
14:03
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
13:41
"Sumqayıt"dan növbəti transfer
-
13:12
Futzal millimiz mübarizəyə final mərhələsindən başlayacaq
-
12:57
Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi
-
12:39
"Xankəndi"nin yeni baş məşqçisi açıqlandı
-
12:25
Dövlət başçısının FIFA prezidenti ilə görüşündən FOTOLENT
-
12:18
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib
-
12:00
Yamaykadan “Qarabağ”a məyusedici xəbər
01.10.2026
30.09.2026
29.09.2026
Arxiv
| Oktyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | 04 | |||
| 05 | 06 | 07 | 08 | 09 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 | |





















.jpg)


