18 Iyun 2026, Cümə axşamı
"Qarabağ"dan daha bir transfer
ÇL: "Sabah"ın püşkdə yenə bəxti gətirdi
Cəlal Rumıniya klubunda
Sadıqov püşkü dəyərləndirdi

Digər idman növləri

Rusiya “Bakı-2015”ə 7 olimpiya, 34 dünya çempionu ilə gəlir

Rusiya Olimpiya Komitəsi (ROK) İcraiyyə Komitəsinin növbəti iclasında bu ölkənin birinci Avropa Oyunlarında iştirak edəcək yığmasının tərkibi təsdiq edilib. Bu barədə ROK-un informasiya xidməti məlumat verib.

Rusiyanın 50 regionundan, o cümlədən Moskva (97 nəfər), Moskva vilayəti (38 nəfər), Sankt-Peterburq (33 nəfər), Tatarıstan Respublikası (17 nəfər), Krasnodar diyarı (16 nəfər) və digər regionlardan 360 atlet komandaya daxil edilib.

Komandanın tərkibinə 7 olimpiya çempionu, 34 dünya çempionu daxildir. Rusiya idmançıları yüngül atletikadan başqa bütün idman növləri üzrə yarışlarda iştirak edəcəklər. ROK-un prezidenti Aleksandr Jukovun fikrincə, Rusiya komandasının hazırlıq səviyyəsi Avropa Oyunlarında ümumi hesabda birinci olmağa imkan verir.

Mənbə: azertag.az

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30