Digər idman növləri
“Bakı-2015” Avropa Oyunlarının məşəli Mingəçevirə gətirildi
Mayın 22-də Mingəçevir şəhərində “Bakı-2015” Avropa Oyunlarının məşəli alovlandırılıb. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, əllərində Azərbaycanın üçrəngli bayrağı və gül dəstələrini tutan minlərlə şəhər sakini küçələrə çıxaraq birinci Avropa Oyunlarının məşəlini Mingəçevirə gətirən estafet iştirakçılarını qarşılayıb.
“Kür” Elektron Avadanlıqları Zavodunun qarşısında quraşdırılan “Bakı-2015” Avropa Oyunlarının rəmzi qapısında məşəli sambo üzrə dünya çempionatının bürünc medalçısı Ayaz Umudəliyev qəbul edib. Sonra yürüşə start verilib. Beynəlxalq yarışlarda böyük uğurlar qazanan idmançılar növbə ilə məşəli qəbul edərək Heydər Əliyev prospekti, N.Nərimanov, S.Vurğun küçələrindən keçməklə Heydər Əliyev meydanına gəliblər.
Avarçəkmə üzrə ikiqat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, idman ustası Xəqani Mikayılov səhnəyə qalxaraq məşəli alovlandırıb. Sonra birinci Avropa Oyunlarının çırağı yandırılaraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim edilib.
Qarşılanma mərasimində çıxış edənlər vurğulayıblar ki, respublikamızın hər yerində olduğu kimi, Mingəçevir şəhərində də idmana xüsusi diqqət və qayğı göstərilir. İlk Avropa Oyunları Bakı ilə yanaşı, Mingəçevir şəhərində də keçiriləcək. Mingəçevirdə bu yarışların təşkili üçün müasir infrastruktur yaradılıb. Təməli 1964-cü ildə qoyulan və Avropada, o cümlədən MDB məkanında bənzəri olmayan “Kür” Olimpiya Tədris Mərkəzi ölkəmizdə su idmanının inkişafında xüsusi əhəmiyyətə malikdir. Bu şəhərdə yarışlar 3 gün keçiriləcək və 350 nəfər idmançı medallar uğrunda mübarizə aparacaq. Ümumilikdə, 12 baydarka (kişilər və qadınlar arasında) və üç kanoe sprinti yarışları (yalnız kişilər arasında) təşkil olunacaq. Son bir ildə şəhərdə görülən hazırlıq işləri əminliklə deməyə əsas verir ki, Mingəçevir iyun ayında keçiriləcək birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək.
Ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük uğurlarından biri də bu mötəbər idman tədbirinə ev sahibliyi etməsidir. Bu sözləri AZƏRTAC-a müsahibəsində avarçəkmə üzrə ikiqat Azərbaycan çempionu Xəqani Mikayılov deyib. O qeyd edib ki, Azərbaycanda düzgün idman siyasətinin reallaşdırılması nəticəsində ilk Avropa Oyunları məhz ölkəmizdə keçirilir. Bu cür möhtəşəm tədbirlərə ev sahibliyi etmək heç də hər ölkəyə nəsib olmur. Azərbaycan Avropanın tarixinə ilk Oyunlara ev sahibliyi edən ölkə kimi düşəcək ki, bu da respublikamızın idman sahəsində qazandığı nailiyyətlərlə, yaradılan infrastrukturla, iqtisadi inkişafla bağlıdır. Əminəm ki, idmançılarımız bu yarışlarda da qələbə qazanacaqlar”.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılmasını əks etdirən videoçarx göstərilib.
Məşəl yürüşünü izləyən şəhər sakinlərinin bir neçəsi ürək sözlərini AZƏRTAC-la bölüşüb. Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir şöbəsinin koordinatoru Tural Kərimov deyib: “Birinci Avropa Oyunlarının şəhərimizdə keçirilən məşəl yürüşünü izləmək mənə də qismət oldu. Ailə üzvlərimlə birgə məşəlin və çırağın yandırılması prosesini izlədik və bizdə xoş təəssürat yaratdı. “Bakı-2015” Avropa Oyunları tarixi hadisə olacaq və Azərbaycan bir daha dünyaya göstərəcək ki, gənc müstəqil dövlət olmasına baxmayaraq, ən inkişaf etmiş ölkələrin belə öhdəsindən gələ bilməyəcəyi işi uğurla həyata keçirir. Ölkəmiz təkcə iqtisadi cəhətdən deyil, eyni zamanda, idman sahəsində də yeni-yeni uğurlara imza atır. İlk Avropa Oyunlarının paytaxtla yanaşı, Mingəçevirdə də keçirilməsi bunun məntiqi nəticəsidir”.
Estafet iştirakçılarını qarşılayanlar arasında olan Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov: “Birinci Avropa Oyunlarının məşəlinin şəhərimizə gəlişi insanlarda böyük ruh yüksəkliyinə səbəb oldu. İnanıram ki, Mingəçevirdə keçiriləcək yarışlarda Azərbaycanı təmsil edən idmançılar bizi qələbələri ilə sevindirəcəklər”.
Məşəlin qarşılanma mərasimindən sonra Alov festivalı keçirilib, atəşfəşanlıq olub.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA Əliyar Ağayevi cəzalandırdı - FOTOFAKT
- “Cəbrayıl”ın tapıntısı: “Daha da yaxşı olmaq üçün dayanmadan çalışıram”
- Fazil Mustafa: “Qarabağ” çempionluğu “Kəpəz”ə uduzanda əldən verdi”
- “Şəfa” darmadağın oldu
- Ehtiram Quliyev od püskürdü: “Suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq”
- Vernidub: “Əlimi ürəyimin üstünə qoyub həmin matçları səbirsizliklə gözləyirəm”
- Hamı yaxşı, bircə Əliyar pisdir?
- Sevincin hipertrofiyası
- Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün ən yaxşıları müəyyənləşib
- Rövşən Nəcəf: “Siz AFFA İntizam Komitəsi klubları soyur deyirsiniz, amma...”
- Azərbaycan Basketbol Liqasında pley-in mərhələsi start götürüb
- Millimiz Gürcüstana məğlub oldu
- AFFA prezidenti PFL-in gələcəyi ilə bağlı: “...hər şey mümkündür”
- “Neftçi”nin oyunlarında 5 il əvvəl də VAR yox idi, indi də...
- "Şəki" Azərbaycan Basketbol Liqasında pley-offa yüksəlib
-
19:24
"Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirində 185 boksçu mübarizə aparacaq
-
18:57
"Böyük Dəbilqə": Cüdoçularımız ilk gündə medalsız qaldılar
-
18:13
Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib
-
17:49
Avarçəkmə və kanoe üzrə "Prezident Kuboku"nun qalibləri mükafatlandırılıblar
-
17:32
Bakı-Xankəndi velosiped yarışının tanıtım videosu beynəlxalq telekanallarda nümayiş olunur VİDEO
-
17:00
II Liqada hakim təyinatları
-
16:25
Avarçəkənlərimiz "Prezident Kuboku"nu 9 medalla başa vurublar
-
15:58
"Qarabağ" - "Turan Tovuz" oyununu kim idarə edəcək?
-
15:11
AFFA "Qarabağ"ı 8000 manat cərimələdi
-
14:46
"Pezident Kuboku 2026: Azərbaycan komandasından daha bir “qızıl, bir “gümüş”
-
14:34
Elvin və Abbas əvəzedici heyətdə qol vurdu
-
14:07
Şahmatçılarımızın FIDE reytinqindəki mövqeyi açıqlanıb
-
13:23
Emin Mahmudov: “Qarabağ”a qarşı sistemimizi də, düşüncəmizi də dəyişdik”
-
12:55
Millimiz bu dəfə Belarusa qalib gəldi
-
12:19
"İmişli"də yeni müqavilə
-
12:00
Füzulidə FİFA-nın dəstəyi ilə festival keçirilib
-
11:42
"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün yekun vurulacaq
-
11:28
Avropa Kuboku: Bədii gimnastlar çarpaz qarşılaşmalarda mübarizə aparacaqlar
-
10:56
Futzal üzrə Azərbaycan çempionatında rekord nəticə
-
10:31
Millimizin müdafiəçisi finalın bir addımlığında dayandı
-
10:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:47
"Şaxtyor" İngiltərə klubu ilə bacarmadı VİDEO
-
09:23
Cenk Sümer: “Mübarizə “Neftçi”nin qanında var”
-
23:15
"Neftçi" 5 illik həsrətə son qoydu VİDEO
-
22:49
Vernidub: “Bu oyun suyumu çıxardı”
-
22:36
Qurban Qurbanov: “Güclü olduğun halda belə, bəzən çempion olmursan”
-
22:07
"Səbail" 3 xalı 6 qolla qazandı VİDEO
-
21:52
"Neftçi" "Qarabağ"ı məğlub etdi
-
19:28
“Səbail” darmadağına sevindi
-
18:53
Premyer Liqamızda iki oyunun hakimləri açıqlandı
-
18:30
Bakıdakı bu stadiona FİFA sertifikatı verildi
-
17:14
Mahir Məmmədov: “Baku Open” turnirində iştirakçı sayına görə rekord qeydə alınıb”
-
16:41
Cüdoçularımızın rəqibləri rəqibləri müəyyənləşib
-
16:25
“Prezident Kuboku”: Azərbaycan avarçəkənləri günü 4 medalla başa vurublar
-
15:59
Bakı növbəti dəfə beynəlxalq şahmat festivalına ev sahibliyi edir
-
15:02
Atletika üzrə Bakı şəhər yay birinciliyi keçiriləcək
-
14:37
Aqil Nəbiyev: “Perspektivli komandamız var”
-
13:14
Millimiz Pakistana qalib gəldi
-
12:56
İlham Əliyev: "Avropada heç də hamı Azərbaycanın qalib gəlməsinə sevinmir"
-
12:48
İlham Əliyev Azərbaycanın güləş millilərini qəbul etdi FOTOLENT
-
12:21
Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürüb
-
12:00
Yığmamız Belarusa uduzub
-
11:34
ÇL-də həftənin oyunçusu kim olacaq?
-
11:19
"Prezident Kuboku": Bu gün daha 9 mükafat öz sahibini tapacaq
-
10:42
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:27
"Sumqayıt" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:03
Nəriman oynadı, komandası 1/4 finala yüksəldi
-
09:46
"Atletiko" - "Arsenal" matçında heç-heçə VİDEO
-
22:37
“Mingəçevir” - “Zaqatala” matçında 8 qol VİDEO
-
21:42
I Liqada 24-cü tur start götürdü
01.05.2026
30.04.2026
29.04.2026
Arxiv
| May 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | 02 | 03 | ||||
| 04 | 05 | 06 | 07 | 08 | 09 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |























