13 Oktyabr 2026, Çərşənbə axşamı
"Qarabağ"da gözlənilməz ayrılıq
Filipe Kandidodan qələbə şərhi
Yeton Bekiri: “Bizə vaxt lazımdır”
"Sumqayıt"ın qələbə həsrəti bitdi

Minifutbol

Elşad Quliyev: "Turnir bizim üçün bundan sonra başlayır"

Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatında qrup mərhələsinin üçüncü turunda Fransanı 3:2 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, yığmamızın baş məşqçisi Elşad Quliyev matçdan sonra keçirilən mətbuat konfransında qələbəni şərh edib.

O, futbolçularının qələbəyə baxmayaraq, müəyyən səhvlərinin olduğunu deyib:

“Turnir bizim üçün bundan sonra başlayır. Səhvlərimizi bugünkü oyunda gördük. Öz üzərimizdə işləyəcəyik ki, bunları təkrarlamayaq. Oyunçularımı təbrik edirəm. Pley-offdakı rəqibimizi təhlil edəcəyik və daha yaxşı hazırlaşmağa çalışacağıq. Qazaxıstan yığması ilə oyunumuz çətin olacaq. Qələbə qazanaraq yolumuza davam etmək niyyətindəyik".

Xatırladaq ki, Azərbaycan komandası qrup mərhələsində Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib. E.Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan millisi ilə üz-üzə gələcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31