30 Oktyabr 2026, Cümə
Kurban Berdıyevdan qələbə şərhi
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı

Minifutbol

Mirmehdi Rzayev: "İtaliyaya mütləq qalib gəlməliyik”

“Dünən İtaliya millisinin Fransa ilə oyununa baxdıq. Görüş heç-heçə bitdi. Bu bizə də sərf edir. İtaliya ilə bugünkü matçda mütləq qələbə qazanmalıyıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri minifutbol millimizin üzvü Mirmehdi Rzayev bu gün Avropa çempionatının qrup mərhələsinin ikinci turunda İtaliyaya qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

O, Avstriyanı ilk turda 1:0 hesabı ilə məğlub etdikləri görüşdən də söz açıb:

“Oyunun ağır keçəcəyini bilirdik. Bu, ilk matçımız idi. Meydança amili də sözünü dedi. Amma yenə də qələbə qazana bildik. Bugünkü matçda da qələbəni hədəfləyirik. Qrupu lider kimi başa vurmaq niyyətindəyik. Avstriyanın bizə bu qədər müqavimət göstərəcəyini gözləmirdik. Belə güclü olduqlarını bilmirdik. Heyətlərində böyük futbolda iştirak etmiş simalar var idi".

Xatırladaq ki, bu gün "Tipos Arena"da keçiriləcək İtaliya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 17:45-də start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31