30 Oktyabr 2026, Cümə
Millimiz Vyetnama məğlub oldu
1/8 finalın bütün cütləri bilindi
X turun hakim təyinatları açıqlandı
Millimiz Cəbəllütariqə qalib gəldi

Minifutbol

Təmkin Xəlilzadə ulduz futbolçularla bir komandada

Azərbaycan millisinin sabiq üzvü, hazırda minifutbol üzrə “Birbaşa”da çıxış edən Təmkin Xəlilzadə dünyanın tanınmış futbolçuları ilə bir turnirdə iştirak edəcək.

Futbolxeber.az saytının məlumatına görə, 32 yaşlı futbolçu Türkiyənin “Volves” minifutbol komandasında oynayacaq. Bu barədə "Volves"in instaqram səhifəsində məlumat paylaşılıb.

Təmkin Xəlilzadə hər il keçirilən "Golazo" turniri üçün heyətə cəlb edilib. "Volves"də Martin Şkrtel və Fernandao kimi ulduzlar da oynayacaq. Turnirdə Rayan Babel, Rikardo Kuarejma, Elmander, Tuncay Şanlı kimi futbolçular çıxış edəcək.

Qeyd edək ki, “Volves” həvəskar futbol, minifutbol və futzal liqalarında yarışan komandadır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31