Minifutbol
"Neftçi" məşhur qlobal şirkət ilə yenidən müqavilə imzaladı
“Procter&Gamble” şirkəti “Neftçi” Peşəkar Futbol Klubu ilə sponsorluq barədə saziş imzalayıb.
Futbolxeber.az saytının məlumatına görə, qarşıdakı 1 il ərzində şirkət “Braun” markasının məhsullarının tanıdılmasında Peşəkar Futbol Klubu ilə əməkdaşlıq edəcək.
“Neftçi” Azərbaycan futbolunun əfsanəsidir və biz çox şadıq ki, bu əfsanəvi klubun uğurları dövrümüzdə də davam edir. P&G olaraq biz bu uğurları müşahidə etməklə kifayətlənmək istəmirik, ona öz töhfəmizi vermək və onun bir hissəsi olmaq istəyirik.
Bu il “Procter&Gamble” şirkəti Azərbaycanda 25 illik yubileyini qeyd edir. Bu münasibətlə biz “Neftçi” və 100 ildən artıq tarixə malik olan, innovasiya və yüksək keyfiyyəti, möhtəşəm dizaynı ilə fərqlənən “Braun” markası arasında tərəfdaşlıq müqaviləsi imzalayırıq. Əminik ki, “Braun” məhsullarının istifadəçiləri arasında “Neftçi” azarkeşləri də var və onlar bu iki tarixi brend adını bir yerdə görməyə şad olacaqlar” – P&G-nin Qafqaz və Orta Asiya Respublikaları üzrə baş direktoru İrakli Qabriadze belə deyib.
P&G rəsmisi qeyd edib ki, Azərbaycanda fəaliyyətinin 25 ilində ölkənin iqtisadi həyatında əhəmiyyətli yer tutan şirkət öz məhsulları ilə, demək olar ki, hər bir ailənin də həyatına toxunub. Təmizlik və gigiyena məhsulları istehsal edən P&G həm də sağlam həyat tərzinin təbliğatçısı olub. Böyük sosial layihələrə imza atan şirkət Milli Olimpiya Komitəsi ilə tərəfdaşlıqla 2012-ci ildə London Olimpiya Oyunlarında milli komandanı dəstəkləyib, 2015-ci ildə Birinci Avropa Oyunlarının rəsmi tərəfdaşı olub, Azərbaycanda fəaliyyətinin 20-ci ildönümü münasibətilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə sazişə imza atıb. “Neftçi ilə isə bu, şirkətin ikinci əməkdaşlığıdır. 2021-ci ildə insanların çətin pandemiyanı yaşadıqları və sağlamlıqları uğrunda mübarizəni keçdikləri bir vaxtda biz “Neftçi” ilə tərəfdaşlığa başladıq və bu tərəfdaşlıqdan böyük məmnunluq duyduq. Tərəfdaşlıq üçün “Braun” markasına gəldikdə, bu marka futbol azarkeşləri arasında böyük nüfuza malikdir və Türkiyə milli komandasının və əfsanəvi İtaliya klubu “Milan”ın da sponsorudur” – İrakli Qabriadze vurğulayıb.
“Neftçi” PFK-nın baş icraçı direktoru Fərrux Mahmudov sosial məsuliyyətinə və idmana dəstəyinə görə P&G şirkətinə təşəkkür edib: “P&G bir dünya brendidir. Daima idmana, xüsusən də futbola göstərdikləri dəstəklə seçiliblər. Bu şirkətlə artıq 3-cü il olacaq ki, əməkdaşlıq edirik. Bu da “Neftçi”yə olan inamın göstəricisidir. Buna qədər “Old Spice” markası ilə tərəfdaş idik. Bundan sonra “Braun” ilə davam edəcəyik. Ümid edirəm ki, hər zaman klublarına dəstək verən şirkətlərin məhsullarına üstünlük verən azarkeşlərimizin seçimlərində bundan sonra da “Braun” ön sırada olacaq”. Klub rəhbəri bu əməkdaşlığın hər iki tərəfə faydalı olacağına inandığını bildirib.
“Procter&Gamble” (P&G) haqqında
P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head&Shoulders® , Always®, Pantene® , Fairy® , Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
15:28
"Araz-Naxçıvan" ÇL oyunlarına bu futzalçılarla yollandı
-
13:53
Millimiz Andoraya qalib gəldi
-
13:39
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
-
13:17
Balayev(lər)in sual fobiyası... - YAZI
-
13:00
Krivotsyukun komandası həlledici mərhələyə yüksəldi
-
12:44
Bakıda Kanaki-Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası
-
12:21
Mahirin komandası sonda bir xalı əldən verdi
-
12:07
Derbidə sevinən tərəf "Tottenhem" oldu VİDEO
-
11:55
Baklov səhvini etiraf etdi: “Rəqibin baş zərbəsi zamanı daha yaxşı oynaya bilərdim”
-
11:36
Nəriman yenə ehtiyatda oturdu
-
11:12
"Borussiya" sonda sevindi VİDEO
-
10:48
Şeydayev oynadı, "Soçi" qələbə qazandı
-
10:23
"Napoli" - "Roma" matçında 6 qol VİDEO
-
10:09
Balayev müsahibəni yarımçıq saxladı: “Səhv söhbətində...”
-
09:54
"Arsenal"ın qələbəsi VİDEO
-
09:31
Abdullazadənin komandası məğlub oldu
-
09:17
"Mançester Siti" səfərdə xalsız qaldı VİDEO
-
09:00
Premyer Liqamızda IX tura yekun vurulur
-
23:33
Ehtiram Quliyev: “Bu gün bir xal qazanmadıq, iki xal itirdik”
-
23:00
Prezident milli üzvləri ilə görüşdü: “Bütün qollar bir-birindən gözəl idi” FOTOLENT
-
22:14
Vernidub: “Bunu həzm edib, irəliyə baxmaq lazımdır”
-
21:49
"Neftçi" - "Turan Tovuz" matçında 2 qol, 1 qırmızı vərəqə VİDEO
-
21:22
Kurban Berdıyev: “Xal itirdik”
-
21:07
İki güləşçimiz dünya çempionatının finalında
-
20:56
“Neftçi” qələbəni əldən verdi
-
20:51
DÇ: Millimizdən darmadağın
-
20:38
"Kəpəz"dən əzmkar qələbə VİDEO
-
20:25
Bakıda U-15 dünya çempionatının açılış mərasimi keçirilib
-
18:13
"Neftçi" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
15:59
Şahmatçılarımız Avropa Kubokunda 2 medal qazanıblar
-
14:04
Emil Mustafayev: “Təzyiq yox, motivasiya var idi”
-
13:42
FİFA və AFFA rəsmiləri Hövsan Yarış Kompleksində
-
13:27
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə gümüş medal qazanıb
-
12:51
Kişi voleybolçular arasında Super Liqada yeni mövsümə start verilib
-
11:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:18
"Torino" 3 xalı 3 qolla qazandı VİDEO
-
11:00
Dimitri Leqbo: “Sumqayıt”ın bu cür inamlı oyununa hazır idik”
-
10:45
"Ştudqart" öz meydanında uduzdu VİDEO
-
10:23
Azərbaycanın veteran cüdoçuları Avropa çempionatında daha 2 medal qazanıblar
-
10:09
"Kocaelispor"dan səfər qələbəsi VİDEO
-
09:54
Bu gün Bakıda U-15 dünya çempionatı başlayır
-
09:32
Kökçü sevindi, Yunuszadə məyus oldu
-
09:17
Cəlalın komandasından səfər qələbəsi
-
23:18
“Neftçi” “Turan Tovuz”la oyunun hazırlığını başa vurdu
-
22:55
Leandro Andrade “Polesye”də növbəti qolunu vurdu
-
22:26
Zirədə dramatik oyun VİDEO
-
22:03
Rəşad Sadıqov: “Bu gün uduzsaydıq, təəccüblənməyəcəkdik”
-
21:49
Filipe Kandido: "Sayılmayan qolumuzda ofsayd yox idi"
-
21:12
Azərbaycan çempionatları tarixində 15000-ci qol
-
20:54
“Qəbələ” və “Zirə” qalib gəldi
25.10.2026
24.10.2026
23.10.2026























