16 Sentyabr 2026, Çərşənbə
Elvin Camalov “Neftçi”dən getdi
İsmail Taofik: “Hədəfimiz çempionluqdur”
"Qarabağ" məğlubiyyətdən qaçdı
“Sumqayıt” qəkəbəni əldən verdi

Minifutbol

Naxçıvanda ilk dəfə təşkil olunan Minifutbol Kubokuna yekun vurulub

Naxçıvan Muxtar Respublikasında ilk dəfə təşkil olunan Minifutbol Kubokuna yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, iki aya yaxın davam edən yarışın finalında "Cahan MFK"nı 6:5 hesabı ilə məğlub edən "Prestij MFK" qalibi adını qazanıb.

Qələbə sayəsində "Prestij MFK" eyni zamanda minifutbol üzrə Azərbaycan çempionatının 2026/2027 mövsümünün pley-off mərhələsinə vəsiqə qazanıb.

Final qarşılaşmasından sonra turnirin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Naxçıvanın gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, Naxçıvan Futbol Federasiyasının vitse-prezidenti Arif Xudiyev və digər rəsmi qonaqlar iştirak ediblər.

Mükafatlandırma mərasimində turnirin qalibi "Prestij MFK"ya kuboku Orxan Məmmədov təqdim edib.

Qeyd edək ki, 14 iyul-15 sentyabr tarixlərini əhatə edən turnir Azərbaycan Minifutbol Federasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. Uzunoba Təlim-Məşq Bazasında təşkil olunan yarışda 20 komanda mübarizə aparıb, qarşılaşmalar yerli hakimlər tərəfindən idarə olunub.

Turnirin üçüncü yeri uğrunda görüşdə "XOK MFK" texniki qələbə qazanaraq bürünc medala sahib olub.

Yarışın yekunlarına əsasən fərdi nominasiyalar üzrə də qaliblər müəyyənləşib. "Araz Naxçıvan"ın üzvü Bilal Nağıyev turnirin ən yaxşı qapıçısı, "Cahan MFK"nın futbolçusu Əsgər Əsgərov ən yaxşı oyunçusu seçilib, Samir Kərimov isə ən məhsuldar futbolçu olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30