Minifutbol
Parçalanmış idman mətbuatı
Son vaxtlar idman mətbuatında parçalanma olduğu haqda söhbətlər səngimək bilmir. Əksəriyyətin davası köhnə davadı, milli ilə səfər davası, “sutoçnu” davası və yaxud reklam davası. Millinin səfər siyahısına düşə bilməyənlərin bəziləri buna görə müxtəlif rəsmi şəxsləri hədəf seçirlər. Sanki AFFA bütün saytları səfərə aparmaq kimi öhdəlik götürüb və indi də həmin öhdəliyi yerinə yetirə bilmədiyi üçün tənqid olunur.
Təbii ki, narazılar həmişə olub, olacaq. İstənilən sahədə qarşı cəbhə olmasa, bəlkə də maraqsız olar. Bu, öz yerində. Amma səfər (reklam) davası indi elə həddə çatıb ki, kənardan çox iyrənc görünür. Desək ki, AFFA-nın (klubun) jurnalisti səfərə aparmaq (reklam vermək) borcu deyil, yəqin ki Amerika kəşf etmiş olmarıq.
Canlı şahidiyəm, 4-5 il öncə AFFA-nın xətti ilə səfərə əməkdaşını yollayan saytın rəhbəri elə o ərəfələrdə jurnalistlərin “Antalya səfəri” siyahısına düşə bilmədiyi üçün PFL-i “yıxıb-sürümüşdü”. Təxminən belə bir fikir səsləndirmişdi ki, “Ramin Musayev Elxan Məmmədovdan peşəkarlıq öyrənsin”. İndi isə həmin sayt rəhbəri AFFA-nı “tənqid edir”. Belə çıxır ki, səfərə aparanda AFFA yaxşı idi, aparmayanda pis?
Əslində, idman mətbuatının “səfər davası” təzə mövzu deyil. Bir neçə il öncə vəziyyət həqiqətən də acınacaqlı idi. Həmin vaxt milli ilə birgə səfərə elektron mediadan yalnız 2-3 nəfər aparılırdı ki, bu da narazılıq doğururdu. Tədbirlərin birində məsələ müzakirəyə çıxarıldı və bundan sonra vəziyyət müəyyən qədər dəyişdi.
Daha sonra “Media Komitəsi” yaradıldı və İdarə Heyəti heç kimin xətrinə dəyməmək, bəzi hallarda növbəti seçki öncəsi “xal yığmaq” üçün layiq olmayanlara belə “səfər siyahısı”na düşmək xoşbəxtliyini yaşatdılar.
Düşünürəm ki, hazırkı vəziyyət heç də acınacaqlı deyil. Hər halda son ilyarımda milli ilə səfərə gedən mətbuat orqanlarının siyahısına baxsaq, burada təxminən 15-ə yaxın fərqli ad görərik.
Son vaxtlar yeni “ənənə” formalaşıb. Əksəriyyət özünə ad qoyub - “müstəqil idman mətbuatı”. Təbii ki, bu ada layiq olanlar da var, olmayanlar da. Sözümüz layiq olmayanlaradı. Hansı biriniz reklam aldığınız, səfərə getdiyiniz klubları tənqid etmisiniz? Adama sual verərlər ki, müstəqilsənsə, reklam niyə alırsan? Etika xatirinə almaq ifadəsinin qabağına ancaq reklam yazırıq...
Bu gün hansısa klub(lar)dan asılı olanlar düşünürlərsə ki, yalnız AFFA-ya etiraz etməklə, özlərinə “müstəqil” deyə bilərlər, yanılırlar. AFFA-ya səfərə aparılmadığı üçün etiraz edənlər niyə avrokubok oyunlarına gedə bilmədikləri üçün hansısa kluba etiraz etmirlər?! Nədi, qorxursunuz ki, reklamınızı kəsərlər?!
Başqa bir dərd də var - başqalarına şər atmaq, ləkə yaxmaq. Kiməsə dəstək oldunsa, deməli, ona tərəf yıxılmısan, təmənna güdürsən. Kimi tənqid elədinsə, deməli, onun düşmənindən (?!) pul almısan. Bu ittihamlara yalnız bir cavab var - əliəyri (başqa ifadə də yaza bilərdim, amma oxuculardan ayıbdı) elə bilir hamı əliəyridi. O klub rəhbərinin qucağından düşüb, bu klub rəhbərinin qabağında dombalaq aşanlar elə bilirlər ki, hamı bunlar kimidi. Amma elə deyil. Bu məsələdə də kiminsə qucağında oturub özünüzü müstəqil adlandırmağınız kimi yanılırsınız...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
12.11.2026
11.11.2026
10.11.2026
























