Minifutbol
Deputatlarla jurnalistlər futbol oynadılar
Ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda Milli Məclisin deputatları ilə Parlament Jurnalistləri Birliyinin üzvləri arasında ölkə prezidenti İlham Əliyevin doğum gününə həsr olunmuş futbol yarışı keçirilib.
Futbolxeber.az saytının modern.az-a istinadən verdiyi məlumata görə, yoldaşlıq oyununda parlamentin futbol komandasına rəhbərliyi Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov edib.
Deputatlar, idmançılar və gənclər təşkilatlarının üzvlərindən ibarət komandanın tərkibi belə olub:
Millət vəkilləri Fuad Muradov, Mahir Abbaszadə, Kamran Nəbizadə, Siyavuş Novruzov, Elşad Həsənov, Azər Badamov, Tahir Mirkişili, Rəşad Mahmudov və Milli Məclisin sektor müdiri Adil Vəliyev, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, sərbəst güləşçi Toğrul Əsgərov, veteran futbolçu Səməd Qurbanov, millimizin sabiq müdafiəçisi Saşa Yunisoğlu.
Jurnalistlərin komandasına baş məşqçiliyi Elşad Eyvazlı edib. Komandanın kapitanı Rəşad Baxşəliyev olub. Komandanın üzvləri Anar Kəlbiyev, Mirmahmud Kazımoğlu, Elşad Paşasoy, Aqil Camal, Aqil Aslan, Anar Bayramoğlu, Əli İbrahimov, Elvin Dəmirli, Məğrur Salmanov, Nurani İsgəndərov, Vasif Həsənli, İsmayıl Abdullayev, Elçin Cəfərov, Hüseyn İsgəndərovdan ibarət olub.

FİFA dərəcəli hakim Orxan Məmmədovun idarə etdiyi yoldaşlıq oyununda qapılara 5 qol vurulub. Bunlardan 3-ü mətbuat nümayəndələrinin, 2-si isə millət vəkillərinin qapısından keçib.
Milli Məclisin deputatlarının komandasından 2 qola Gənclər və İdman komitəsinin sədri Fuad Muradov, birinə isə Milli Məclisin sektor müdiri Adil Vəliyev imza atıb.
Rəqib komadada isə hər iki qolu Azad Azərbaycan Telekanalının əməkdaşı Nurani İsgəndərov vurub.
Qeyd edək ki, Fuad Muradov parlament jurnalistlərinin qapısına oyunun ilk dəqiqələrində qol vursa da bu, hesaba alınmayıb və hakim oyundan kənar olaraq dəyərləndirib.

Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov oyundan sonra bildirib ki, Azərbaycanda idman sahəsində olan inkişaf sevindiricidir.
“Təbii ki, bu uğurların başında cənab prezident İlham Əliyev dayanır. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bütün dünyaya səs salıb. Bu tədbiri keçirməklə prezidentimizə təşəkkürümüzü bildirmək istəyirik. Ölkə başçımızın bir fikri var ki, sağlam həyat tərzi ən önəmli məsələlərdən biridir. Bu baxımdan belə bir qərar qəbul etdik.
Gənclər və İdman Nazirliyinə, AFFA-ya, “Qarabağ” klubuna və şəxsən Qurban Qurbanova, Parlament Jurnalistlər Birliyinə, Milli Məclisin deputatlarına, tanınmış idmançılarımıza təşəkkürümü bildirirəm ki, səsimizə səs verdilər.
Simvolik oyun oldu. Kimin qalib gəlməsi önəmli deyildi. Əsas odu ki, cənab Prezidenti qarşıdan gələn doğum günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik edək.
İnanıram ki, məhz belə təbrik, tədbir cənab Prezidentə, Azərbaycan xalqına uyğundur. Gələn il üçün də böyük planlarımız var. Regionlararası idman yarışları keçirmək istəyirik. Bununla bağlı danışıqlar davam edir”.

Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı da bildirib ki, deputatlarla jurnalistlər arasında keçirilən yarış ölkə rəhbəri cənab İlham Əliyevin doğum gününə ithaf olunub.
Veteran futbolçu İsgəndər Cavadov bildirib ki, hər iki komandanın oyununu maraqla izləyib: “Belə bir oyunun təşkili xoş haldı. Təbii ki, bu, ölkə başçısı İlham Əliyevin ad günü ilə bağlıdır. Möhtərəm Prezidentimizi təbrik edirəm, ona can sağlığı arzulayıram. Belə oyunlar daha çox olmalıdır. Mətbuat nümayəndələri, deputatlar futbolun necə çətin olduğunu, yəqin ki, başa düşərlər. Kənardan baxıb fikir bildirmək asandır. Hər iki komandaya azarkeşlik edirdim. Bu cür yoldaşlıq görüşlərinin sayını artırmaq lazımdır”.

Oyunu izləyənlər arasında AFFA-nın baş katibi Elxan Məmmədov, futbol üzrə milli komandamızın və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti millət vəkili Ülvi Quliyev, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti millət vəkili Adil Əliyev, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, sərbəst güləş üzrə yığmanın baş məşqçisi Firdovsi Umudov, veteran futbolçular İsgəndər Cavadov, Səməd Qurbanov, Oqtay Abdullayev, Asim Xudiyev, Dmitri Kramarenko, güləşçilər Toğrul Əsgərov, Hacı Əliyev, Cəbrayıl Həsənov, eləcə də şou-biznes nümayəndələri, əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov, Müşfiq Abbasov və başqaları olub.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
-
18:44
Xankəndidə ilk dəfə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
18:29
Azərbaycan Premyer Liqasında oktyabr ayının TOP-5 qolu VİDEO
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
03.11.2026
02.11.2026
























