Minifutbol
Bakı küləyindən heyrətlənən braziliyalı: “Sumqayıt”lı futbolçu məni öldürürdü"
2015- 2016-cı il mövsümünün əvvəlində Bakı “İnter”inə transfer olunan və qış fasiləsində klubu tər edən braziliyalı hücumçu Dieqo Martinsin Futbolxeber.az saytına müsahibəsi:
- Əvvəlcə "Peqasus"dakı (Honq Konq) karyeranla bağlı danışardın. Orada işlərin necə gedir, hər şey yaxşıdır?
- Azərbaycana gəlməmişdən əvvəl Honq Konqun "Saut Çayna" klubunda 2 il çıxış etdim. Orada liqa çempionluğu yaşadım və bir neçə kubok qazandım. Sonradan buraya qayıtdığım vaxtdan 1 il ötür. “Peqasus”a gələndə mövsümün ortaları idi. Mövsümün sonunda isə 2 kubok qazandıq.
- "Peqasus"a keçidin necə alındı? “İnter”i tez tərk etməyinin səbəbi nə idi?
- Bəli, “İnter”i tez tərk etdim. Çünki "Peqasus" mənə daha yaxşı maaş təklif etdi.
- “İnter”də özünü yaxşı tərəfdən göstərə bildin və burada sənin oyununu bəyənənlər çox idi. Burada çıxış edərkən hansısa Azərbaycan klubundan transfer təklifi almadın?
- Azərbaycan klubları arasında ancaq “İnter”dən transfer təklifi almışam. Orada mənimlə başqa klubların da maraqlanması ilə bağlı eşitmişdim. Amma ciddi təklif olmadı. Azərbaycanlı futbolsevərlərin oyunumdan zövq almalarına sevindim.
- Azərbaycan və Honk Konq futbolu arasında fərq çoxdur?
- Fikrimcə, Azərbaycan Premyer Liqası Honk Konq çempionatından güclüdür. Azərbaycanda çoxlu əcnəbi futbolçular var və yerli oyunçular da buradakından daha güclüdür. Honk Konqda oyun təqvimi də Azərbaycandakı qədər sıx deyil. Biz həftədə ancaq 1 oyun keçiririk. Həmçinin burada ancaq 4 əcnəbi oyunçu çıxış edə bilir, amma Azərbaycanda daha çox… Lakin burada futbol inkişaf edir. İnanıram ki, bir neçə ilə hər şey çox yaxşı olacaq.
- “İnter”i tərk edəndən bəri Azərbaycan çempionatı ilə maraqlanırsan? Yəqin ki, məlumatın olar, bu mövsümdən Azərbaycan Premyer Liqasında 10 yox, 8 komanda iştirak edir. Səncə, bu amil ölkə futboluna mənfi təsir edər, ya necə?
- Bəli, çempionatınızı internet vasitəsilə izləyirəm. Məncə, 8 komandalı çempionat elə də yaxşı deyil. Komanda sayını çoxaltsalar daha yaxşı olar. Belə olan halda oyunların sayı artar və rəqabət də çoxalar.
- Azərbaycanda yarım mövsüm çıxış etsən də, yəqin ki, gəzməyə də vaxt tapdın. Bu müddət ərzində hansı şəhərlərimizdə oldun, onlardan hansını daha çox xoşladın?
- Qəbələ, Lənkəran, Sumqayıt kimi bəzi şəhərlərdə oldum. Sadəcə bunları xatırlayıram. Amma Bakını həqiqətən çox sevdim: gözəl yerləri olan əla şəhərdəir. Bakını sevidm.
- Bəs Azərbaycan mətbəxi ilə aran necə idi? Hansı yeməklərimizi daha çox xoşlayırdın?
- Bəli, Azərbaycan mətbəxindən xoşum gəldi. Həmişə restoranlara gedib müxtəlif təamlardan dadırdıq. Ən çox xoşladığım qidalar arasında yerli pendir və çörək vardı. Həmçinin mərci şorbası və Azərbaycan çayını da çox sevirdim. Bunlar əla idi.
- Burada oynadığın müddətdə Azərbaycanda bəyəndiyin futbolçular kimlər idi? Həmçinin ən yaxşı baş məşqçi, stadion...
- Azərbaynanda ən çox xoşladığım futbolçu müdafiə xəttində oynayan Zurab Xizanişvili (“İnter”) idi. Çünki, o, çox əyləncəli idi və həmişə mənimlə oynayırdı. Əlbəttə ki, baş məşqçi olaraq da, Zaur Svanadzenin (“İnter”) adını çəkərdim. O, yaxşı insandır və məni həmişə motivasiya edərdi, dəstəkləyərdi. Məncə, “Qəbələ”nin stadionu Azərbaycanda ən yaxşıdır. Oranın ot örtüyü inanılmaz idi. Açığı, xoşlamadığım oyunçu, məşqçi olmadı (gülür). Lakin, məncə, Azərbaycanın ən pis stadionu Gəncədəkidir. Gəncə stadionu fəlakətdir. Həmçinin çox köhnədir.
- Bir hücumçu olaraq, ölkəmizdə çıxış edərkən daha çox hansı müdafiəçilərdən çəkinirdin? Onlardan hansına qarşı oynamaq sənə çətinlik yaradırdı?
- Onun adı yadımdan çıxıb. Bircə onu bilirəm ki, mən orada olarkən “Sumqayıt”da sağ cinah müdafiəçisi kimi oynayırdı. O məni öldürürdü (gülür). Əlbəttə ki, zarafat edirəm. Amma həqiqətən çox kobud oynayırdı. Həmişə məni arxadan vururdu. O, feyr-pleyə əməl edən futbolçu deyildi.
- Premyer Liqamızda çıxış edərkən qollar vurub, rəqib qapıçıları məyus etdin. Səncə, Azərbaycanda ən yaxşı və ən zəif qapıçı kimlər idi?
- Digərlərini bilmərəm, amma Səlahət Ağayev (“İnter”) həqiqətən yaxşı qapıçıdır. Bizi həmişə xilas edərdi. Azərbaycanda ən zəif qapıçının kim olması ilə bağlı nəsə deyə bilmərə. Çünki orada çox az çıxış etdim.
- Yəqin ki, Azərbaycan milli komandasının da oyunlarına baxmısınan. Səncə, millimizin uğursuzluğunun səbəbi nədədir? Komandamız həmişə qrup mərhələsində qalır, uduzur.
- Açığı, bu barədə tutarlı fikir deyə bilmərəm. Azərbaycan millisini elə də izləmədim. Amma onu deyə bilərəm ki, Avropadakı milli komandalara qarşı oynamaq çox çətindir. Çünki oradakı yığmalar dünyadakı ən yaxşılarıdır. Həmin turnirlər çox çətin keçir.
- Hazırda Azərbaycan milli komandasına xorvatiyalı mütəxəssis Robert Prosineçki başçılıq edir və ona ümidlər böyükdür. Səncə, bu məşqçi ilə uğur əldə edə bilərik?
- Bəli, mən də elə fikirləşirəm. O, çox yaxşı oyunçu olub və böyük klublarda çıxış edib. Məşqçi kimi də çoxlu təcrübəsi var. O, futbolda ən yaxşılarla işləyib. Azərbaycana uğur qazandıra bilər.
- Təbii ki, hər ölkədə yaşayanda unudulmaz xatirələr olur. Azərbaycanda yaşadığın müddətdə səni heyrətləndirən nəsə oldu?
- Azərbaycanda gördüyüm ən qəribə şey külək idi. Oradakı külək çox sərt və güclüdür. Mən həyatım boyunca belə külək görməmişdim. Azərbaycanda rastlaşdığım digər maraqlı məqam isə insanların uşaqlarla rəftarı idi. Oradakı insanlar körpələri həqiqətən çox sevirlər və qayğı göstərirlər. Bu mənim çox xoşuma gəlirdi. Çünki Azərbaycanda yaşayanda qızım da mənimlə idi və onunla həmişə oynayırdılar və qayğı göstərirdilər.
- Sonda sənə belə bir sual vermək istərdim. Azərbaycandan hansısa klub sənə təklif göndərsə, yenidən burada çıxış etmək istəyərsən?
- Əgər hansısa klub yaxşı təklif göndərsə, Azərbaycana qayıdaram.
Söhbətləşdi: Elmar
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
12.11.2026
11.11.2026
10.11.2026
























