Minifutbol
BP və Bakı 2017 İslam Həmrəyliyi Oyunları tərəfdaşlıq sazişi imzalayır
Bu gün BP və Bakı 2017 İslam Həmrəyliyi Oyunları 12-22 may tarixlərində Bakıda keçiriləcək Oyunlarda BP-nin rəsmi neft və qaz tərəfdaşı olmasını nəzərdə tutan saziş imzalanıb.
Futbolxeber.az saytının məlumatına görə, bu tərəfdaşlıq BP-nin Azərbaycanda idman potensialının inkişaf etdirilməsinə dəstək olmaq öhdəliyinin bir hissəsidir və Azərbaycan Milli Olimpiya və Paralimpiya Komitələri ilə uzunmüddətli uğurlu tərəfdaşlığa söykənir. O, həmçinin Bakı 2015 Avropa Oyunları və 2012-ci il London Olimpiya və Paralimpiya Oyunları üzrə BP-nin təcrübəsi və sıx əməkdaşlığına əsaslanır.
Həmçinin Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olmaqla BP şirkəti Oyunlara və sonrakı yarışlara hazırlaşdığı müddətdə yeddi milli idman elçisinə dəstək olmağa davam edəcək.
Bundan əlavə, BP şirkəti Bakı 2017 Könüllülük Proqramının həyata keçirilməsinə dəstək olacaq. Bu təşəbbüs çərçivəsində 6000 gənc yalnız Oyunların keçirilməsində mühüm rol oynamaq imkanı qazanmayacaq, onlar həmçinin liderlik, təqdimat, ünsiyyət və ictimaiyyət qarşısında çıxış bacarıqlarını təkmilləşdirməyə yardım edən geniş təlim proqramından faydalanmaq imkanına malik olacaqlar.
Azərbaycan Respublikasının gənclər və idman naziri və Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsinin icraçı direktoru cənab Azad Rəhimov deyib: “Öz iştirakını təsdiqləmiş 50-dən artıq ölkənin qatılacağı Bakı 2017 Oyunları bütün İslam ölkələrindən olan xalqları sülh, həmrəylik, hörmət və mükəmməllik ruhunda bir yerə toplayan mötəbər beynəlxalq idman tədbiri olmağı vəd edir.
Biz məmnunuq ki, BP Bakı 2017 Oyunlarına tərəfdaşlıq etmək və bizə bu Oyunların keçirilməsində fəal surətdə yardım etmək istəyir. BP ötən 25 il ərzində Azərbaycanda idman, mədəniyyət və təhsil sahəsindəki təşəbbüslərə sərmayə qoyan bir şirkət olaraq yüksək nüfuz qazanıb.
Buna görə də, BP şirkəti yalnız könüllülərimizə Oyunlar zamanı lazımi bacarıqlar vermək üçün deyil, həm də onların gələcək karyeralarını qurmalarına kömək etmək üçün nəzərdə tutulmuş Oyunların Könüllük Proqramının həyata keçirilməsində bizə yardım edən mükəmməl tərəfdaş olacaq.”
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib: “2017 bizim üçün əlamətdar bir ildir. Biz Azərbaycan hökuməti və xalqı ilə uğurlu tərəfdaşlığımızın 25 illiyini qeyd edirik. Biz bu gün məmnuniyyətlə elan edirik ki, 25 illiyimizin qeyd olunması çərçivəsində biz Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının rəsmi tərəfdaşı olacağıq və eləcə də Milli Olimpiya və Paralimpiya Komitələri ilə olan tərəfdaşlıq sazişimizin müddətini 2020-ci ilədək uzatmaqla onlara dəstəyimizi gücləndirəcəyik.
2017-ci il Azərbaycan üçün də möhtəşəm bir ildir, belə ki, onun paytaxtı Bakı şəhəri İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. Ölkə üçün əlamətdar olan bu tədbirə qoşulmaqla biz bir daha vurğulamaq istəyirik ki, biz Azərbaycanla birlikdəyik və idman həyəcanını onunla birlikdə qeyd etmək istəyirik.
Ölkənin idman potensialının inkişafına dəstək göstərilməsi bizim sosial sərmayələrimizdə prioritet sahələrdən biridir. Azərbaycanın uzunmüddətli və etibarlı neft-qaz tərəfdaşı kimi ötən 25 il ərzində BP təhsil, yerli icmalar, yerli müəssisələr, mədəni irs, idman və bir sıra digər sahələrə sərmayələr qoymaqla ölkəyə dəstək olmaq öhdəliyinə sadiq qalıb. Biz bütün bunları ölkənin güclü gələcək qurmaq naminə potensialın yaradılması səylərinə qoyulan sərmayə kimi görürük.”
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
12.11.2026
11.11.2026
10.11.2026
























