25 Oktyabr 2026, Bazar günü
Millimiz Andoraya qalib gəldi
Balayev(lər)in sual fobiyası... - YAZI
Kurban Berdıyev: “Xal itirdik”
“Neftçi” qələbəni əldən verdi

Minifutbol

Yaşar Seyidov İspaniyadan dəvət aldı

“Bakı”nın icraçı direktoru Yaşar Seyidov Madrid “Atletiko”sundan dəvət alıb. Futbolxeber.az saytının məlumatına görə, İspaniya təmsilçisinin prezidenti Enriko Sereso “Bakı” rəsmisini Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində baş tutacaq “Atletiko” - “Bavariya” matçına dəvət edib.

Qeyd edək ki, “Bakı” və “Atletiko” arasında əməkdaşlıq rəsmi şəkildə başa çatsa da, 2 klub rəsmiləri bu gün də sıx ünsiyyət saxlayırlar. Təsadüfi deyil ki, “Barselona” üzərində möhtəşəm qələbədən sonra həm “Bakı” klubunun prezidenti Hafiz Məmmədov, həm də Yaşar Seyidov “Atletiko” rəhbərliyini qələbə münasibəti ilə təbrik ediblər.

Onu da əlavə edək ki, “Atletiko” rəhbərliyi Yaşar Seyidovu təkcə “Visente Kalderon”dakı oyunda deyil, Münhendə “Bavariya”ya qarşı baş tutacaq cavab matçında, eləcə də komanda finala adlayacağı halda, həlledici qarşılaşmada da görmək istədiklərini vurğulayıblar. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31