Futzal
Azərbaycan kuboku: Final öncəsi kapitanlardan atmacalı açıqlama
Sabah keçiriləcək Azərbaycan kubokunun final matçı ilə futzal üzrə 2023-2024-cü il mövsümünə yekun vurulacaq.
Futbolxeber.az saytının məlumatına görə, həlledici oyunda son çempion “Araz-Naxçıvan”la kubokun ötənilki qalibi, cari çempionatı ikinci pillədə başa vuran “Baku Fire” üz-üzə gələcək.
Yeri gəlmişkən, “Baku Fire” ölkə kubokunu ilk dəfə 2023-cü ildə başı üzərinə qaldırıbsa, yarışın 5 qat qalibi “Araz-Naxçıvan” bu sevinci sönuncu dəfə 2008-09-cü il mövsümünün yekununda yaşayıb. Yüksək Liqanın qızıl və gümüş medalçıları bu dəfə ölkə kubokunun final matçında medalların əyyarını necə müəyyənləşdirəcəklər? Bu dəfə qızıl medalları hansı komanda üzvləri boyunlarından asacaq, kuboku başı üzərinə qaldıracaq?
Hər iki komanda bu gün oyun öncəsi son məşqini keçirib. Matçöncəsi kapitanların görüşlə bağlı qısa fikrini öyrənməyə çalışdıq.
“Baku Fire”dən Elvin Quliyev iddialı danışdı: “Oyuna ciddi hazırlaşmışıq. Bu gün də yekun məşqimizi keçirdik. Hər iki komanda bir-birini yaxşı tanıyır. “Araz-Naxçıvan” ölkə çempionudursa, biz də Azərbaycan kubokunun son qalibiyik. Yarımfinal oyununda bu titula iddialı “Neftçi” İK-nı məğlub etdik. Təbii ki, məqsədimiz qələbə qazanmaq və titulumuzu qorumaqdır. Heyətimiz demək olar, yerli futzalçılardan təşkil olunub və cari çempionatı yüksək səviyyədə keçirdik. Bu uğurlu seriyanı ölkə kubokunda da davam etdirməyə iddialıyıq. Oyuna tam hazırıq. Ümid edirəm ki, azarkeşlər və tamaşaçılar futzal adına baxımlı, maraqlı oyun izləyəcəklər. Fürstədən istifadə edib azarkeşləri matçı izləmək üçün Bakı İdman Sarayına dəvət edirik”. Kapitan rəqib üçün sürprizlər də hazırladıqlarını gizlətməyib: “Taktiki planda dəyişikliklər etmişik, sürprizlərimiz olacaq. Çempionat başa çatdıqdan sonra sırf bu oyuna hazırlaşmışıq. Final cəmi bir oyundan ibarətdir və hər zaman fərqli üslubda oynamağı tələb edir”.
“Baku Fire”in kapitanı iddiasını ortaya qoydu. Bəs ötən həftə çempionluq kubokunu başı üzərinə qaldıran “Araz-Naxçıvan”ın kapitanı nə düşünr? Emin Kürdov oyunu onlar üçün əhəmiyyətli edən səbəblərdən bəzilərini dedi, amma bir hissəsini oyuna saxladı: “Mövsümün son oyundur. Bu matçı bizim üçün əhəmiyyətli edən bir neçə səbəb var. “Araz-Naxçıvan” 15 ildir Azərbaycan kubokunu qazana bilmir. Bu uğursuz seriyaya son qoymaq istəyirik. Digər tərəfdən, baş məşqçimiz Vitali Borisov debüt ilini dublla başa vurmaq niyyətindədir. İdmanda hər bir titul, uğur əzizdir, qiymətsizdir. Maraqlı qarşılaşma olacaq. Çünki “Baku Fire” cari mövsümdə bizi məğlub edə bilməyib. Dörd dəfə üz-üzə gəlmişik, iki görüşdə heç-heçə qeydə alınıb, qalan matçlarda onları udmuşuq. Mövsümü major notlarla bitirmək istəyirik. Heyət olaraq matça tam hazırıq. Sözümüzü meydanda deyəcəyik”.
Qeyd edək ki, Azərbaycan kubokunun final oyunu mayın 7-də, saat 14:00-da Bakı İdman Sarayında keçiriləcək. CBC Sport-la canlı yayımlanacaq görüşü izləmək istəyənlər üçün zala giriş sərbəstdir (biletsizdir).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
- “Qarabağ”ın avrokubok matçındakı qadın hakim - Emanuela Rusta kimdir?
- Azərbaycan Premyer Liqasında 2-ci turun təqvimi müəyyənləşdi
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- AFFA-dan “Sumqayıt”ın futbolçusu sərt cəza
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- II turun hakim təyinatları açıqlandı
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- "Qarabağ"ın "Xaric segah"ı...
-
12:48
Zaur Paşayev "Naxçıvan"da
-
12:25
Millimizin rəqibi Gürcüstanla heçə-heçə edib
-
11:57
"Bazel" baş məşqçisini istefaya göndərdi
-
11:33
“Neftçi” Yevlax səfərində
-
11:16
Azərbaycan oxatanları Belarusda 3 medal qazanıblar
-
10:49
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:31
"Sabah"ın məğlubiyyəti VİDEO
-
10:00
Azərbaycan UEFA reytinqində 25-cidir
-
01:24
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
-
00:52
“Mançester Yunayted” “Sabah”ı darmadağın etdi
-
21:29
V turun hakim təyinatları açıqlandı
-
21:00
Yankoviç “Turan Tovuz”da
-
20:41
“Zirə”də mərakeşli müdafiəçi
-
19:08
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
-
18:35
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
-
17:54
"Kəpəz"in müdafiəçisi 6 həftəlik sıradan çıxdı
-
17:26
"Mançester Yunayted" yubiley oyununa çıxır
-
16:47
Füzuli Məmmədov komandasının liderliyini şərh etdi: “Bu qələbələr bizi arxayınlaşdırmamalıdır”
-
15:13
Georgi Kondruseviç "Naxçıvan"ın baş məşqçisi təyin edilib
-
14:59
Rəşad Nəbiyev yeniyetmə və gənc cüdoçularla görüşüb
-
14:32
Renat Dadaşov: "Bukovina"nın təklifi və baş məşqçinin yanaşması məni razı saldı"
-
14:00
AFFA-dan hakimləri təhqir edən futbolçuta 4 oyunluq cəza
-
13:21
"Neftçi" serbiyalı legionerlə müqavilə bağlayıb
-
12:48
Şahin Bağırov Samuxda yeniyetmə voleybolçularla görüşüb
-
12:05
Yelkən idmanı üzrə açıq Azərbaycan çempionatı keçiriləcək
-
11:34
Azərbaycan millisinin üzvü “Murov Az Terminal”a keçib
-
11:17
Dadaşov Ukrayna klubunda
-
10:56
“Barselona” “Feyenoord”u darmadağın etdi VİDEO
-
10:42
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:23
Zubir yeni klubu ilə müqavilə bağladı
-
10:09
Ronaldo 979-a çatdı
-
09:51
"Qalatasaray" ÇL-ə məğlubiyyətlə başladı VİDEO
-
09:30
Şeydayevin komandası kubokla vidalaşdı
-
19:29
"Şahdağ Qusar" daha bir iddialı rəqibini məğlub etdi
-
18:42
Azərbaycan millisi Moldovaya məğlub oldu
-
18:13
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
-
18:01
Maykl Karrik “Sabah”la oyundan danışdı
-
17:38
Milli Paralimpiya Komitəsində parataekvondoçularla görüş keçirilib
-
16:55
16 cüdoçumuz Budapeştdəki “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq
-
16:24
Azərbaycan millisinin üzvü "Turan"a transfer olunub
-
16:00
Azərbaycanın iki paraüzgüçüsü Avropa çempionatında finala yüksəlib
-
15:47
Millimiz yenə gürcülərə uduzdu - bu dəfə darmadağın
-
15:16
Azərbaycanda beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb
-
14:59
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə I dan dərəcəsi üzrə imtahan keçiriləcək
-
14:32
"Araz-Naxçıvan"ın hücumçusu Burundi millisinə dəvət olunub
-
14:03
Naxçıvanı təmsil edən voleybol klubunun adı dəyişdirilib
-
13:41
Azərbaycan paralimpiyaçısı dünya reytinqində 8-ci pilləyə yüksəlib
-
13:28
Cüdonun kata növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
13:15
Amerikalı oyunqurucusu "Neftçi"də
-
12:54
"Murov Az Terminal"dan növbəti transfer
11.09.2026
10.09.2026
09.09.2026
























