1 Noyabr 2026, Bazar günü
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
"Zirə” də xal itirdi, "Qarabağ" da
“İki xal itirməsəydik, yaxşı olardı”

Digər idman növləri

Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub

İtaliyanın Neapol şəhərində keçirilən cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvləri Əjdər Bağırov və Kənan Nəsibov qızıl medal qazanıblar.

Futbolxeber.az saytının məlumatına görə, -100 kq çəki dərəcəsində çıxış edən Əjdər Bağırov finalda Almaniya təmsilçisi Yannis Başini məğlub edərək Avropa çempionu adını qazanıb.

Cüdoçumuz həlledici görüşədək İvan Kutenkov (Ukrayna), Borna Butiyer (Xorvatiya) və Ronald Prölü (Avstriya) mübarizədən kənarlaşdırıb.

+100 kq-da Kənan Nəsibov da günü məğlubiyyətsiz başa vurub. O, finalda erbiyalı Vidak Malyeviçdən üstün olaraq titulunu qoruyub və ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub. Nəsibov final yolunda Luka İvankoviç (Xorvatiya), Yan Riqo (Fransa) və Morteza Suhanı (Almaniya) üstələyib.

Beləliklə, Azərbaycan millisi fərdi yarışları 3 qızıl medalla başa vuraraq ümumi komanda hesabında 1-ci yeri tutub. Daha əvvəl İslam Rəhimov (-66 kq) da ardıcıl ikinci dəfə U-23 Avropa çempionu olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30