12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Digər idman növləri

"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə" turnirinin son günündə Azərbaycan cüdoçusu Uşanqi Kokauri (+100 kq) gümüş medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, o, finalda gürcüstanlı İrakli Demetraşviliyə uduzub.

Eyni çəkidə yarışan Camal Qamzatxanov isə 1/8 finalda Saba İnaneşviliyə (Gürcüstan) məğlub olub.

Mədinə Kaisinova (+78 kq) isə 1/8 finalda İrişkon Qurbanbayevanı (Özbəkistan) məğlub edib. O, 1/4 finalda Helena Vukoviçə (Xorvatiya) uduzub. Buna baxmayaraq, təsəlliverici görüşə vəsiqə qazanan M.Kaisinova Roşel Nunesi (Portuqaliya) məğlub etsə də, bürünc medal uğrunda mübarizədə italiyalı Erika Smionettiyə uduzub.

Bununla da Azərbaycan cüdoçuları yarışı 5 medalla başa vurublar.

Qeyd edək ki, Azərbaycan cüdoçuları oktyabrın 29-da start verilən turnirdə indiyə qədər 4 mükafat qazanıblar. Balabəy Ağayev (60 kq) və Könül Əliyeva (48 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) və Hidayət Heydərov (73 kq) isə bürünc medal əldə ediblər.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30