9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

"Bunun Ramin Musayevə heç bir aidiyyatı yoxdur"

 

“Ramin Musayev əməliyyat olunduqdan sonra artıq 3-cü dəfədir ki, Türkiyədə müayinədən keçir. Dünənki “Qalatasaray” –“Real Madrid” oyununu da o, həmin vaxt İstanbulda olduğu üçün izləyib”. Bu açıqlamanı Lent.az-a Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev verib. Ramin Musayev İstanbulda olduğu vaxt AFFA İntizam Komitəsi “Neftçi”yə 33200 manat cərimə kəsib, komandanın baş məşqçisi Böyükağa Hacıyevi 10, məşqçi Bəxtiyar Musayevi 5 oyunluq diskvalifikasiya edib. Şahgəldiyev isə bildirib ki, hər hansı klubun AFFA İntizam Komitəsi tərəfindən sərt cəzaya məruz qalmasının PFL prezidenti Ramin Musayevə aidiyyatı yoxdur: “Hətta  müayinədən keçmək üçün yox, sırf oyuna baxmaq üçün də Ramin müəllimin İstanbula getməsində qəbahətli bir şey görmürəm. Burada kimsə kef eləmir, sadəcə olaraq bütün Türk dünyası üçün maraqlı olan oyunu izləyir. Hər hansı bir klubun İntizam Komitəsi tərəfindən cəzalandırılmasının Ramin Musayevə heç bir aidiyyatı yoxdur”.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31