11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Ölkə futbolu

Tovuz klubu 32 il sonra avrokuboklarda

“Turan Tovuz” avrokuboklara vəsiqəni təmin edib.

Futbolxeber.az saytının məlumatına görə, onlar bu gün Azərbaycan Premyer Liqasının 31-ci turunda “Karvan-Yevlax”a qalib gəlməklə (1:0) 2025/26 mövsümündə ən azı üçüncü yeri təmin ediblər.

Beləliklə, Azərbaycan Premyer Liqasının bitməsinə 2 tur qalmış Kurban Berdıyevin komandası 2026/27 mövsümündə ən azı UEFA Konfrans Liqasında oynamaq hüququ qazanıb.

Xatırladaq ki, Azərbaycanı ilk dəfə avrokuboklarda məhz Tovuzun təmsilçisi olan “Turan” təmsil edib.1994-cü ilin yayında ölkə çempionu qismində avrokuboklara - o vaxt UEFA kuboku adlanan yarışa qatılan “Turan” birinci mərhələdə Türkiyənin “Fənərbaxça” klubu ilə qarşılaşmış və hər iki oyunda uduzaraq (İstanbulda ilk matç 0:5, Sumqayıtda cavab görüşü 0:2) mübarizəni dayandırmışdı.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31