28 Sentyabr 2026, Bazar ertəsi
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi

Ölkə futbolu

“Bir qələbə ilə rahatlaşmaq olmaz”

“Həm qollara, həm də qələbəyə görə oyunun bizim üçün çox yaxşı keçdiyini söyləmək mümkündür. Lakin bir qələbə ilə rahatlaşmaq olmaz. Növbəti matçlara hazırlaşmaq lazımdır”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri Azərbaycan millli komandasının yarımmüdafiəçisi Vüsal İsgəndərli “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya üzərində qazanılan 6:1 hesablı qələbəni şərh edərkən deyib.

O, 2 gün sonra Syerre Leone yığmasına qarşı keçiriləcək matçda da söz açıb: “Hər rəqib ciddidir. Bütün komandalara qarşı ciddi hazırlaşmaq lazımdır. Rəqibin adının önəmi yoxdur. Növbəti matçda da qələbə qazanmaq istəyirik”.

V.İsgəndərli Millətlər Liqasında da uğurlu nəticə qazanmaq istədiklərini bildirib: “Əlimizdən gələni edəcəyik. Biz də komanda olaraq bu mövqedə olmaqdan razı deyilik. Mərhələ-mərhələ daha yuxarı qalmağa çalışmalıyıq”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30