22 Iyun 2026, Bazar ertəsi
"Qarabağ" Avstriyaya yollandı
Zlomisliç rəsmən “Qarabağ”da
Bədavi daha bir 1 il “Qarabağ”da
“Zirə”dən yeni qapıçı transferi

Ölkə futbolu

Mövsümdə 3-cü, “Neftçi”də 23-cü, tarixdə 110-cu

Azərbaycan Premyer Liqasında mövsümün ən böyükhesablı qələbə rekordu təkrarlanıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, XXV turun matçında “Neftçi” “İmişli”nin qapısından 6 cavabsız top keçirib. Mövsümdə 3-cü dəfə altı qolluq fərq qeydə alınıb. Bunadək XXIII turda “Qarabağ” “Araz-Naxçıvan”ı 6:0, “Sabah” “Qəbələ”ni 7:1 hesabı ilə məğlub edib.

Ümumiyyətlə ölkə çempionatları tarixində 110-cu dəfə bir komanda rəqibini 6 və ya daha çox top fərqlə üstələyib. Bu, “Neftçi”nin 23-cü belə qələbəsidir. “Kəpəz”in 17, “Qarabağ”ın 14, “Şəmkir”in 9 belə qalibiyyəti var.

Paytaxt təmsilçisi bu göstəricidə mütləq rekordçudur. “Ağ-qaralar” sonuncu dəfə 13 il 4 ay əvvəl - 2012-ci il noyabrın 17-də “Sumqayıt”la görüşdə böyük üstünlük qazanıb - 8:1.

Bir mövsümdə 3 dəfə altı və ya daha çox top fərqinin qeydə alınması son 21 çempionatın rekordunun təkrarıdır. 2015/16, 2017/18 və 2022/23 mövsümlərində də üç belə nəticə qeydə alınıb. Daha çox – 4 matçın belə bitməsi isə sonuncu dəfə 2004/05 mövsümündə yaşanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30