Ölkə futbolu
Qərəz, yoxsa antipatiya? - YAZI
Dünən Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vuruldu. Turun son matçında “Turan Tovuz” “Qəbələ”ni 3:2 hesabı ilə məğlub etdi. Bu qələbə sayəsində Tovuz klubu medallara doğru daha bir addım atdı. Hazırda Kurban Berdıyevin komandası 48 xalla üçüncü pillədə qərarlaşıb. “Turan Tovuz” sona 8 tur qalmış ikinci pillədəki “Qarabağ”dan cəmi 2 xal geri qalır, dördüncü yerdəki “Zirə”ni isə 6 xal qabaqlayır. Düzdür, 3 xallıq sistemdə 8 tur üçün 6 xalı böyük üstünlük hesab etmək olmaz. Lakin hazırda təqvim Tovuz klubunun lehinədir. Berdıyevin komandası qarşıdakı 3 turda xal itirməsə, artıq 29-cu turda – “Zirə” ilə matçda minimum bürünc medalı özü üçün təmin edə bilər. Komanda bunu bacarsa, uzun illərdən sonra avrokuboklara vəsiqə qazanacaq. Xatırladaq ki, Tovuz klubu bunadək ölkəmizi avrokuboklarda cəmi 1 dəfə təmsil edib. Bu, uzaq 1994-cü ilə təsadüf edir. 32 il əvvəl “Fənərbaxça” ilə üz-üzə gələn “Turan” hər iki matçda rəqibinə uduzsa (0:5; 0:2) da, Azərbaycanı avrokuboklarda təmsil edən ilk klub kimi tarixə düşdü. “Turan Tovuz”un cari mövsüm Azərbaycan kubokunda yarımfinala yüksəldiyini də nəzərə alsaq, Kurban Berdıyevin komandası 32 il sonra qitə kuboklarına yollanmağa çox yaxındır.
Bir sözlə, cari mövsüm “Turan Tovuz” çıxışı ilə xoş sözlərə layiqdir. Gəl ki, bəzən komandanın nəticələrinə ağız büzənlər də tapılır. Kurban Berdıyevin komandası gah darıxdırıcı oyun sərgiləməkdə ittiham edilir, gah da hücum futbolu oynamamaqda. Əslində isə bu cür fikirlər komandanın çıxışına kölgə salmaq təsiri bağışlayır. Əslində, bunu qərəz adlandırmaq daha düzgün olardı. Birincisi, guya nə vaxt “Turan Tovuz” hücum futbolu sərgiləyib? Ayxan Abbasovun dövründə məgər komanda 90 dəqiqə rəqib qapısı qarşısında “yatırdı”? Bu gün “Turan Tovuz” çempionatda qələbə sayəsində yalnız turnir cədvəlində ilk iki pillədə qərarlaşan komandalardan geri qalır. Eyni sözləri məğlubiyyət sayı barədə də demək olar. Tovuz klubu buraxılan qolların sayında da “Sabah”la birgə ən yaxşı göstəriciyə sahibdir. Kubok da daxil son 10 matçda komanda 7 qələbə qazanıb, 3 dəfə heç-heçə edib. Berdıyevin komandası sonuncu dəfə fevralın 1-də “Qarabağ”a uduzub. Həmin matçın son dəqiqələrində isə Ağdam klubu yalnız bəxt sayəsində qələbə hesabını (1:0) qoruya bildi.
Üstəlik, müasir futbolda büdcə məsələsini böyük əhəmiyyətə malikdir. Tovuz klubu isə büdcəsinə görə heç də çempionatın liderləri sırasında deyil. “Turan Tovuz”ın büdcəsini “Sabah”, “Qarabağ” və “Neftçi” ilə müqayisə belə etmək olmaz. Komandaya ayrılan maliyyə vəsaiti “Zirə”, “Araz-Naxçıvan”ın büdcəsindən də geri qalır. Yeri gəlmişkən, bu yaxınlarda jurnalistlərin suallarını cavablandıran “Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev bu məsələyə belə münasibət bildirib: “Bizim oyunumuz budur. Büdcəmiz buna çatır. Hazırkı büdcə ilə bu futbolu oynaya bilərik. İndidən çempionatda neçənci olacağımızı deyə bilmərəm. Lakin plan da buna görə qurulmuşdu, baş məşqçi də buna görə seçilmişdi. Hədəf az büdcə ilə nəticə qazanmaqdır. Geridə qalan müddətdə əldə olunan nəticələr bizi qane edir. Berdıyevin işindən çox razıyam. Baş məşqçimizin arxasındayıq, nə olur olsun”.
Göründüyü kimi, klub rəhbərliyi baş məşqçinin işindən razıdır və bildirilir ki, hazırkı büdcə ilə “Turan Tovuz” bundan baxımlı futbol oynaya, daha yaxşı nəticə qazana bilməz. Üstəlik, meydan amilini də unutmaq olmaz. Tovuz klubu mövsüm boyu demək olar ki, bütün matçlarını səfərdə keçirib. Tovuz stadionunun qazonu dəyişdirildiyi üçün komanda uzun müddət “Azərsun Arena”da çıxış edib. Eləcə də bəzi matçları Sumqayıtda keçirib. Hətta komanda “Sumqayıt”a qarşı ev oyununu rəqibin meydanında – Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirib.
Sonda daha bir məqamı qeyd etmək istərdik. Belə ki, cari mövsüm Premyer Liqamızda legioner limiti ləğv olunsa da, Faiq Hacıyev, Ayxan Hüseynov, Rəhim Sadıxov kimi yerli futbolçular “Turan Tovuz”un heyətində mütəmadi şans qazanırlar. Təsadüfi deyil ki, daha əvvəl Faiq, bu günlərdə isə Ayxan və Rəhim Azərbaycan millisinə cəlb olunub. Təbii ki, bu amildə də məşqçilər korpusunun əməyini qeyd etməmək olmaz.
TAĞI
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
12:17
Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”
-
11:38
“Şahdağ Qusar”dan növbəti qələbə
-
11:05
“Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
-
10:42
Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
-
10:29
Millimizin biabırçı heç-heçəsi VİDEO
-
10:14
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:56
Danimarka - Portuqaliya matçında 6 qol VİDEO
-
09:30
Yazmadığım yazı...
-
08:43
Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
-
21:55
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
-
21:17
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
-
20:28
AFFA 6 klubu cərimələdi
-
18:46
Mikayıl Cabbarov dünya çempionu olan Azərbaycan millisini təbrik edib
-
17:31
Mustafa Vəlizadə: “Çox əziyyət çəksək də, medallar qazana bildik”
-
17:12
Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
-
17:00
Basketbol Liqasında iki oyun təxirə salınıb
-
16:43
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
16:24
Şahmatçılarımızın dünya reytinqindəki mövqeyi açıqlandı
-
15:59
U-20 voleybol millimiz EEVZA çempionatına Qubada hazırlaşır
-
15:37
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb
-
15:15
İdmançılarımız “Mingəçevir Reqatası-2026”nı 22 medalla başa vurublar
-
14:48
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
-
14:26
“Mingəçevir Reqatası-2026”: Tarverdiyev-Vəlizadə cütlüyü ikinci oldu
-
14:02
Üzgüçülərimiz Bakıda Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
-
13:51
Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
13:34
Litvanın qələbəsi VİDEO
-
13:13
“Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib FOTOLENT
-
13:00
Azərbaycanın “Mingəçevir Reqatası-2026”da medal sayı artdı
02.10.2026
01.10.2026
























