24 Avqust 2026, Bazar ertəsi
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Ölkə futbolu

"İnter"lə oyunöncəsi "Qarabağ" üçün şad xəbər

 

Premyer Liqanın 26-cı turunda "İnter"lə qarşılaşacaq "Qarabağ" "Neftçi"ylə oyunsonrası 2 günlük istirahəti başa vuraraq  çalışmalara start verib. Futbolxeber.az-ın məlumatına görə, komandanın dünən tək çalışması Suraxanı qəsəbə stadionunda baş tutub. Son oyunları zədə səbəbindən buraxan Branimir Subaşiç və Vaqif Cavadov artıq komandayla məşqdə iştirak edirlər. Hər 2 futbolçunun "İnter"lə oyuna yetişib-yetişməmələri həftəsonuna qədər məlum olacaq. "Qarabağ"ın proqramında bu günə də tək məşq var. Hazırlıq prosesi Tofiq Bəhramov adına Respublika stadionunda saat 17:00-a nəzərdə tutulub. 
Qeyd edək ki, "Qarabağ" - "İnter" görüşü aprelin 13-ü, saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31