10 Oktyabr 2026, Şənbə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

Abubakar dubl etdi, "ağlar" qalib gəldi

“Neftçi” növbəti matça hazırlığını davam etdirir.

Futbolxeber.az saytının məlumatına görə, komandanın məşqləri “Palms Sports” Futbol Mərkəzində təşkil olunur. Baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında hazırlaşan klubun üzvləri bu gün ikitərəfli oyun keçiriblər.

“Ağlar” və “qaralar”ın mübarizəsində qarşılaşma 3:2 hesabı ilə birincilərin xeyrinə başa çatıb.

Qolları Vensan Abubakar (2), İmad Faraj, Bassala Sambu və Edvin Kuç vurublar.

Qeyd edək ki, “Qarabağ”la oyunu təxirə salınan “ağ-qaralar” Azərbaycan Premyer Liqasında növbəti görüşünü fevralın 28-də “Şamaxı”ya qarşı keçirəcək. Şamaxı şəhər stadionunda baş tutacaq matç saat 14:30-da start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31