29 Sentyabr 2026, Çərşənbə axşamı
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi

Ölkə futbolu

"Qarabağ"ın məğlubiyyətə yubileyə çevrildi

“Şamaxı” ölkə kubokunda 60-cı qələbəsini qazanıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”a qarşı ev matçına təsadüf edib.

Şamaxının eyniadlı klubu 2:1 hesabı ilə qalib gəlib. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış klub 60-cı qələbəsini 115-ci oyununda əldə edib.

“Şamaxı” evdə 34, səfərdə 24, neytral meydanda 2 dəfə qalib gəlib. Bu, yarışın tarixində 4-cü nəticədir. Yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”in hesabında daha çox qələbə var.

Qeyd edək ki, “Şamaxı” ilk qələbəsini 2001/02 mövsümündə “Ümid”lə (Bakı) 1/8 finaldakı səfər matçında qazanıb - 3:1.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30