29 Sentyabr 2026, Çərşənbə axşamı
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi

Ölkə futbolu

Azərbaycan Kubokunda aşağı məhsuldarlıq

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları aşağı məhsuldarlıqla əlamətdar olub.

Futbolxeber.az saytının məlumatına görə, 4 qarşılaşmada cəmi 4 top vurulub.

"Şamaxı" "Qarabağ"a 2:1, "Turan Tovuz" "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəlib. "Sumqayıt" - "Zirə" və "Sabah" - "Qəbələ" qarşılaşmaları qolsuz bitib. Orta məhsuldarlıq 1,00-a bərabərdir.

Bu, 4 matçın keçirildiyi ilk oyunlar üçün antirekordun təkrarıdır. Elə ötən mövsümdə də eyni sayda qol qeydə alınıb: "Səbail" - "Qarabağ" 0:1, "Sabah" - "Sumqayıt" 0:0, "Kəpəz" - "Neftçi" 0:2, "Araz-Naxçıvan" - "Zirə" 1:0.

Bunadək isə 2004/2005 mövsümündə də 1/4 finalın ilk 4 görüşü 4 qolla bitib: "Neftçi" - "İnter" 0:0, "Gənclərbirliyi" - "MKT-Araz" 0:0, MOİK - "Xəzər Lənkəran" 0:1, "Karat" - "Bakı" 1:2.

Düzdür, bu raundda daha az - cəmi 2 qol vurulması da olub. Amma 1997/1998 mövsümündə 1/4 finalın ilk oyunlarından üçü baş tutub, birində isə texniki nəticə qeydə alınıb. Orta məhsuldarlıqda antirekord olsa da, ümumi oyun sayı da az olub: "Dinamo" - "Qarabağ" 0:0, "Kəpəz" - "Bakılı" 0:0, MOİK - "Neftçi" 1:1, "Pambıqçı" (Bərdə) - "Kür-Nur" -:+.

Qeyd edək ki, 1/4 finalın cavab oyunlarında da ən az qolun qeydə alındığı mövsümlərdə 4 top vurulub. 1996/1997 və 1999/2000 mövsümlərində belə aşağı məhsuldarlıq yaşanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30