25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Ölkə futbolu

"Qarabağ" pakistanlı futbolçu üçün danışıq aparır

"Qarabağ" İsveçin "Myöllbü" klubunun pakistanlı futbolçusu Abdullah İqbalı heyətinə cəlb edə bilər.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Propakistani" nəşri yazıb.

Bildirilib ki, Ağdam klubu 23 yaşlı mərkəz müdafiəçisi üçün onun klubuna təklif göndərib.

Daha əvvəl isə Macarıstanın "Ferentsvaroş" və Belçika "Gent" klubunun da İqbalı heyətinə cəlb etmək istədiyi barədə xəbərlər yayılıb.

Nəşrin yazdığına görə, "Qarabağ" müntəzəm, eləcə də hazırda UEFA Çempionlar Liqasında iştirak edir ki, bu da Pakistan millisinin üzvü üçün doğru seçim kimi qiymətləndirilə bilər.

Danimarkada doğulan və 192 sm boya malik Abdullah İqbal ötən mövsüm "Myöllbü"nün heyətində İsveç çempionatında 24 oyun keçirib, 2 məhsuldar ötürmə edib. Onun klubu ilə müqaviləsi 2028-ci ilin dekabrına qədərdir.

Pakistan millisinin kapitanı yığmada 19 matçda meydana çıxıb.  "Transfermarkt" portalı İqbalın dəyərini 2 milyon avro olaraq qiymətləndirir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31