29 Sentyabr 2026, Çərşənbə axşamı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də

Ölkə futbolu

“Botafoqo” “Qarabağ”a ikinci dəfə rəsmi təklif göndərdi

Braziliyanın “Botafoqo” klubu “Qarabağ”ın dayaq yarımmüdafiəçisi Pedro Bikalyo ilə bağlı ikinci rəsmi təklifini göndərib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Braziliyanın “Globo” nəşri yazıb.

Bildirilir ki, bu dəfə də təklif icarə + satınalma opsiyası formatındadır. Lakin Rio-de-Janeyro təmsilçisi qısa müddətdə ödəniləcək məbləği artırıb. Məhz maliyyə şərtləri əvvəlki təklifin “Qarabağ” tərəfindən rədd edilməsinin əsas səbəbi olub.

Qeyd olunur ki, dayaq yarımmüdafiəçisi transferi “Botafoqo”nun yay transfer pəncərəsində əsas prioritetlərindən biridir. Klub Pedro Bikalyo ilə yanaşı, hazırda Macarıstanın “Ferensvaroş” klubunda çıxış edən “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Julio Romaonu da heyətinə qatmaq istəyir.

Danışıqlar futbolçunun agenti Breno Şartye (Dunkirk Sports) tərəfindən aparılır. Hələlik Pedro Bikalyo ilə “Botafoqo” arasında maaş məsələsi müzakirə olunmayıb. Bununla belə, futbolçunun Braziliya futboluna mümkün qayıdışa müsbət yanaşdığı bildirilir.

Xatırladaq ki, Pedro Bikalyo “Kruzeyro” və “Palmeyras”ın akademiyalarında yetişib və peşəkar debütünü də “Palmeyras”da edib. Daha sonra Portuqaliyada “Santa Klara” və “Alverka” klublarında çıxış edən yarımmüdafiəçi bu yay “Qarabağ”a keçib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30