23 Yanvar 2026, Cümə
“Neftçi”dən azarkeşlərinə müjdə
Millimiz Danimarkaya uduzdu
Qurbanovun 500-cü qələbəsi
17-ci turun hakim təyinatları

Ölkə futbolu

Saşa İliç: “Cəzam çox ağırdır”

"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Azərbaycan kubokunun 1/8 final mərhələsində "Difai"ni 3:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlməkləri haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında komandasının oyunundan razı qalmadığını deyib:

"Bu mərhələni keçmək çox vacib idi. Amma qənaətbəxş oyun göstərmədik. Çoxlu səhvlər etdik. Çempionatda belə oynamaq olmaz".

O, gənc futbolçuların özlərini yaxşı tərəfdən göstərə bilməməsinə toxunub:

"Mən gənc oyunçuların tərəfindəyəm. Düzdür, bəzi səhvlər oldu. Onların potensialları var. Hər birinə güvənirəm. İnanıram ki, gələcəkdə nəticəsi olacaq. Səhvlərin olması normaldır".

S.İliç AFFA İntizam Komitəsi tərəfindən 4 oyunluq cəzalandırılmasına münasibət bildirib:

"Məncə, çox ağır qərardır. Çünki heç kimi öldürməmişəm. Düşünürəm ki, 2 oyunluq cəza kifayət edərdi".

Serb mütəxəssis sonda Azərbaycan millisinin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasovla arasındakı mübahisədən də söz açıb:

"Çox emosional oyun keçmişdi. Bəzi sözləri serb dilində dedim. Sözlərim heç kimə ünvanlanmışdı. Oyundan sonra "Şamaxı"nın baş məşqçisi ilə görüşdüm və bu məsələni həll etdik".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31