9 Sentyabr 2026, Çərşənbə
Koxalski “Qarabağ”dan rəsmən getdi
Akinyemi rəsmən “Neftçi”də
Qurbanov: “Bu, təhlükəlidir”
Kurban Berdiyevdən qələbə şərhi

Ölkə futbolu

"Kəpəz"in səfərdə 25-ci böyükhesablı qələbəsi

Azərbaycan Premyer Liqasının VIII turu “Kəpəz” üçün əlamətdar olub.

Futbolxeber.az saytının PFL-ə istinadən verdiyi məlumata görə, Gəncə klubunun mövsümdəki ilk qələbəsi “Şamaxı” ilə səfər matçına təsadüf edib - 4:1.

Bu, həm də qərblilərin Azərbaycan çempionatlarının yüksək dəstəsində 25-ci böyükhesablı səfər qələbəsi olub. “Kəpəz” bu göstəricidə yalnız “Qarabağ”la “Neftçi”dən geri qalır.

Gəncə klubu bunadək səfərdəki son belə qələbəsini “Qəbələ” üzərində qazanıb. 2023-cü il dekabrın 9-da qonaqlar 3:0 hesabı ilə qalib gəlib.

“Kəpəz”in səfərdəki ilk böyükhesablı qələbəsi isə 1992-ci il iyunun 13-də “Plastik”lə görüşdə qeydə alınıb - 3:0.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30