5 Mart 2026, Cümə axşamı
Qurban Qurbanovdan qələbə şərhi
“Penaltini yerinə yetirə bilsəydik...”
"Qarabağ" yarımfinala yüksəldi
"Zirə" ilk yarımfinalçı oldu

Ölkə futbolu

"Qarabağ" "Simurq"un rekordunu təkrarladı

Azərbaycan Premyer Liqasının VIII turu “Qarabağ”ın meydana start heyətində 11 legionerlə çıxması ilə əlamətdar olub.

Futbolxeber.az saytının PFL-ə istinadən verdiyi məlumata görə, Qurban Qurbanov “Turan Tovuz”la qarşılaşmada “11-lik”də yerli futbolçulara şans verməyib. Bu, cari mövsümdə ilk belə hadisədir. Azərbaycan çempionatları tarixində isə 2-ci dəfə belə “11-liy”ə təsadüf olunub. Legioner limitinin indiki kimi olmadığı 2008-10-cu illərdə bir matçda eyni komandanın start heyətində 11 əcnəbi yer alıb.

2009/10 mövsümünün XIX turunun "Simurq" - "Xəzər Lənkəran" görüşündə (1:2) meydan sahibləri 11 legionerə güvənib: 77. Vitali Postranski, 4. Aleksandr Malıgin (k), 7. Gennadi Solonitsin, 8. Ruslan Qunçak, 17. Kaxaber Çxetiani, 18. David Bolkvadze, 19. Yuri Bulıçev, 23. Roman Axalkatsi, 24. Andrey Raspopov, 32. Aleksandr Qolban, 33. Nenad Beqoviç.

2010-cu il fevralın 9-da keçirilən qarşılaşmadan 5729 gün sonra eyni hadisə yaşanıb. Həmin vaxt olduğu kimi, yenə qonaq komanda 2:1 hesablı qələbə qazanıb. Amma bu dəfə matça 11 legionerlə başlayan komanda üç xala sevinib.

Zaqatalada keçirilən oyunda yerli komandanın baş məşqçisi də legioner – ukraynalı Roman Pokora olub. Bu dəfə isə 11 legionerə yerli mütəxəssis Qurban Qurbanov şans verib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31