10 Iyun 2026, Çərşənbə
Millimiz San Marinonu məğlub etdi
"Turan Tovuz"dan ilk transfer
U-20 yığmamız Pakistana qalib gəldi
U-17 millimiz Qazaxıstana uduzdu

Ölkə futbolu

Azərbaycan çempionatları tarixində çalışmış əcnəbi məşqçilərin sayı 67-yə çatdı

Futbol üzrə Azərbaycan çempionatları tarixində meydana baş məşqçi və ya əvəzi kimi komanda çıxaran əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, bu, Azərbaycan Premyer Liqasının I turunda reallaşıb.

Tur iki legioner baş məşqçinin debütu ilə əlamətdar olub.

Portuqaliyalı Xorxe Kaskilya “İmişli”nin, serbiyalı Saşa İliç “Sumqayıt”ın “sükanı arxasında" ilk çempionat matçına çıxıb.

Portuqaliyalının yetirmələri evdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzubsa, serbiyalı komandası ilə “Kəpəz” üzərində qələbəyə sevinib - 3:0.

Bununla da Premyer Liqa (əvvəllər güclülər dəstəsi) tarixində meydana baş məşqçi və ya əvəzi kimi komanda çıxaran əcnəbi mütəxəssislərin sayı 67-yə çatıb. Kaskilya ilk portuqaliyalı olubsa, İliç 5-ci serbiyalıdır. O, həm də “Sumqayıt”da 3-cü legioner çalışdırıcıdır.

Qeyd edək ki, Kaskilya “İmişli”nin Premyer Liqada ilk baş məşqçisidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30