1 Iyul 2026, Çərşənbə
“Neftçi”nin rəqibləri müəyyənləşdi
"Zirə" Türkiyə klubuna uduzdu
Adil Şükürov “Sumqayıt”la anlaşdı
Almaniya DÇ-2026 ilə vidalaşdı

Ölkə futbolu

Rüfət Abdullazadənin menecerindən Firuz Abdullaya minnətdarlıq

Xəbər verdiyimiz kimi, “Səbail”in futbolçusu Rüfət Abdullazadə karyerasını ölkə xaricində davam etdirəcək. 24 yaşlı yarımmüdafiəçi Xorvatiyanın “Varazdin” klubu ilə müqavilə bağlamaq üzrədir.

Futbolxeber.az saytının məlumatına görə, Abdullazadənin meneceri Emil Əsədov sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib. O, futbolçu ilə “Səbail” arasındakı müqaviləyə artıq xitam verildiyini bildirib. Əsədov ölkə xaricində çıxış etməsi üçün şərait yaradan “Səbail” rəhbərliyinə təşəkkür edib:  

“Şəxsən “Səbail”in icraçı direktoru Firuz Abdullaya, eləcə də digər rəhbər heyətinə danışıqlar zamanı göstərdiyi peşəkar yanaşma və dəstəyə görə təşəkkürümü bildirirəm.

Rüfət isə artıq futbol həyatında yeni səhifələr açmağa hazırdır və gələcək uğurlarını gözləyirik.

“Səbail”ə keçmişdəki əməkdaşlıq üçün təşəkkür edir, gələcək oyunlarında uğurlar arzu edirəm”.  

Xatırladaq ki, son günlər Rüfət Abdullazadənin adı müxtəlif klublarla yanaşı çəkilsə də, “Səbail” rəhbərliyi alqışlanası addım ataraq daha çox pul qazanmağı yox, futbolçunun gələcəyini seçdi. Belə ki, istər yerli klublar, istərsə də ölkə xaricindən təklif göndərən aşağı liqa təmsilçiləri futbolçu üçün daha yüksək təzminat məbləği ödəməyə razı olsalar da, “Səbail” Xorvatiya klubunun yüksək liqada oynamasını, Abdullazadə üçün bu variantın daha perspektivli olmasını nəzərə alaraq, futbolçusunu daha aşağı məbləğdə satmağa razı olub.

Xatırladaq ki, peşəkar karyerasına 8 il əvvəl “Sumqayıt”da başlayan Rüfət Abdullazadə 2023-cü ildən “Səbail”də çıxış edirdi.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31