Ölkə futbolu
Rəşad Sadıqov: “İstəyərdim ki, verdiyi açıqlamalarda daha diqqətli olsun”
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"a (Xorvatiya) qarşı keçirəcəkləri oyundan danışıb.
Futbolxeber.az saytının məlumatına görə, o, matçdan əvvəl keçirilən mətbuat konfransında deyib: “Bizim üçün avrokuboklarda yeni mövsüm başlayır. Ötən mövsüm çempionatı uğurla başa vurduq. İstəklərimizdən biri də yenidən avrokuboklara düşüb ölkəmizi, klubumuzu layiqincə təmsil etməkdir. Oyuna yaxşı hazırlaşa bilmişik. Komandamız mükəmməl formada olmasa da, mükəmmələ yaxın, yaxşı formadadır. Yeganə məsələ oyun praktikasıdır. Hər iki komanda da vəziyyət eynidir. Sabah azarkeşləri maraqlı və gərgin oyun gözləyir. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik ki, cavab oyunu öncəsi üstünlüyümüz olsun. İstəyərdik ki, azarkeşlərimiz tribunaları doldursunlar. Onların dəstəyinə ehtiyacımız var. Tək bizim yox, bütün klublarımızın azarkeşləri komandaya stadiondan dəstək olsunlar. Bir ailə kimi bir-birimizə dəstək olaq, sabah ilk oyunla mövsümə uğurlu start verək".
Mütəxəssis deyib ki, daha çox rəqibin adını yox, öz komandasını düşünür: "Düşünürəm sabah və cavab oyununda biz hansı vəziyyətdə olacağıq, oyun intizamını nə səviyyədə icra edəcəyik ki, nəticə bizim üçün uğurlu olsun. Hədəfimiz mərhələni keçməkdir. Rəqib də bundan ötrü meydana çıxacaq. Kimin daha uğurlu olacağını oyunlar göstərəcək".
O, futbolçusu Salifu Sumanın komandanı tərk etdiyini bildirib: "O, bu gün bizimlə vidalaşdı və yeni klubuna yollandı. 1 həftə-10 gün olar ki, razılıq əldə edilmişdi. Xırda məsələlər müzakirə olunurdu. Hazırda səfərə çıxır. Suma bizimlə olmayacaq. Ona gələcək karyerasında uğurlar arzulayırıq. Sumanın oyunlarına baxacağıq. İstəyərdim ki, karyerası bundan uğurlu olsun. Rəsmiləşdikdən sonra komandası bilinəcək".
R.Sadıqov hücumçusu Rafael Utziqdən də söz açıb: "Utziq komandadan ayrılmaq istəyir. Fərdi söhbətimiz olmuşdu. Qərara gəlmişdik ki, planlarımıza daxil etməyək. Artıq prosesləri klub rəhbərliyi ilə müzakirə etməli idik. Elə məsələlər var ki, idarə heyəti məşğuldur. O, ayın 14-dən Bakıda olmalı idi. Amma 1 aydan sonra Bakıya gəldi. Həm pul cəriməsi olunub, həm də 4 həftə əvəzedici heyətdə iştirak etməlidir. Özü bilir. Növbəti nə tədbirlər görüləcək bunu zaman göstərəcək. Rəhbərliklə arasındakı danışıqlar, təkliflərdə razılıq əldə olunmadı. Təkliflər klubu qane etmədi. Hazırda onu komandamda görmürəm. Bizdə başqa futbolçuların da təklifləri var idi. Amma danışıqlar oldu, toplanışa gəldilər, sonrakı danışıqlarda komandada qaldılar. Getmədilər. Amma bir futbolçu bir ay toplanışa gəlmirsə, görüşlərdə iştirak etmirsə, bir ay sonra düşərgəyə gəlirsə... Müəyyən miqdarda cərimələmişik. Zaman göstərəcək".
O, komandanın yeni transferi Vinsent Tillin Salifu Sumanı əvəz edə bilib-bilməyəcəyindən danışıb: "Həmişə çalışmışıq ki, möhkəm kollektiv formalaşdıraq. Hansısa futbolçu üzərində oyun fəlsəfəsi qurmamışıq. Sabah Sumanın yerinə meydanda olan oyunçular onu layiqincə əvəzləyəcəklər. Yeganə problem odur ki, Suma oynamayanda, bu dövrə o mövqelərdə rotasiya olurdu. Amma son dönəmlərdə Suma artıq əvəzolunmaz sağ vinger idi. O baxımdan bizdən zaman alacaq. İnanıram ki, futbolçularımız onun yoxluğunu hiss etdirməyəcək. Tillə gəldikdə, 2 həftə əvvəl zədələndi və adını ərizədən çıxardıq. Hər iki oyunda da iştirak etməyəcək".
Mütəxəssis futbolçuları Yeqor Boqomolski və Eldar Quliyev haqda belə deyib: "3-4 həftə bizimlə birlikdə olmayacaqlar. Suma və Utziqin olmamasını nəzərə alsaq, Tilli çıxarıb, Boqomolskini komandaya əlavə etdik. Müalicəsi necə gedəcək ona baxacağıq. Belə olduqda Eldar, Boqomolski, Till kimi itkilər məyus edir. Hamısı hücum xəttinin oyunçularıdır. Düşünürəm ki, komandamız çətinlikləri sevir. Bu bizim futbolçulara motivasiya verəcək ki, çətinlikləri aşmaq lazımdır. Elə olan halda, qələbə zövqü daha çox olacaq".
R.Sadıqov yayda görülən transferlər işlərini dəyərləndirib: "Ömür boyu adlara, simalara, karyeralara fikir verməmişəm. Mənim üçün ən vacib futbolçunun əzmkarlığı, peşəkarlığıdır. Bəzən mətbuata göz gəzdirirdik, transferlərimiz tənqid olunurdu. Keçmişə baxsalar görərlər ki, hansısa iddialı oyunçunu transfer etməmişik. Seleksiyamız həmişə bu şəkildə olub. Komandamızın da müəyyən imkanları var. Buna görə rəhbərliyə təşəkkür edirik. Biz imkana uyğun seleksiya qururuq. İllər ərzində apardığımız seleksiya siyasətini davam etdiririk. İstəyərik ki, təcrübəli, ambisiyalı futbolçuları transfer edək. Amma bəzi şeylərdə imkanlar, komandanın yürütdüyü siyasətlə bağlıdır. Rəhbərliyimizi çox yaxşı tanıyıram. Stabil komanda formalaşdırıblar və həmişə komandanın yanındadır. Verilən sözlər həmişə tutulur. Əsas fəlsəfə odur ki, komanda addım-addım inkişaf etsin və stabil uğura doğru gedən klub olsun. Elə olmasın ki, 1-2 il uğurlu olsun, sonra bir neçə klubumuz kimi çempionatda olmasın, fəaliyyətini dayandırsınlar. Rəhbərliyin siyasətini dəstəkləyirəm".
O, görüşün "Neftçi Arena"da keçirəcəkləri barədə də danışıb: "Bura mənim üçün həmişə doğmadır. “Neftçi”nin stadionu mənim üçün həmişə doğmadır. Burada çıxış etməyimizi istəyənlərdən biri mənəm. Çox istədim ki, burada oynayaq. “Neftçi” rəhbərliyinə təşəkkür edirəm. Bu dövrdə stadionda keçirilən oyunlar təhlükəlidir. İstidir. Onlara təşəkkür edirəm. Bura gözəl stadiondur. Həmişə burada oyunlar maraqlı keçir. Biz də istəyirik ki, oyunlar azarkeşlər üçün maraqlı olsun".
R.Sadıqov millimizin sabiq baş məşqçisi Nikola Yurçeviçin açıqlamasına cavab verib: "Oyuna bir gün qalmış vaxtlarımız çox olur. Cənab Nikola Yurçeviç bir-iki açıqlama verib. Ona cavab vermək istəyirəm. Qabardıb ki, “Zirə”də 15 legioner çıxış edir. Son 2 ildə ikinci yeri tutmuşuq və ötən il pley-offda çıxış etmişik. Meydanda 4 yerli oynayıb. Bu uğuru tək legionerlər formalaşdırmayıb. Bir yerdə də qeyd edib ki, "Zirə"də yaxşı məvaciblər alırlar. Bu, düzgün fikir deyil. Əgər elə imkan varsa, öz müqaviləsi haqda danışsın, Azərbaycandakı müqaviləsi nə qədər olub. Legionerləri qabartmaq, bildirmək ki, çox məvacib alır... Mənim futbolçularım haqq etdiyindən daha az alırlar. Bu haqda onda məlumat ola bilməz ki, bizim oyunçular nə qədər alırlar. Yaxşı olardı ki, özü işlədiyi dövrdə millidə nə qədər legioner çıxış edirdi, nə qədər məvacib alırdı ondan danışsın. Ondan gözləməzdim. Azərbaycanda işləyib, burada, bəlkə, karyerası boyu verilməyən dəyər verilib ona. İstəyərdim ki, verdiyi açıqlamalarda daha diqqətli olsun".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
-
09:31
“Qarabağ”ın legionerindən millidə məhsuldar ötürmə
-
22:01
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
-
21:33
Azərbaycan təmsilçisi tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb
-
20:45
Cüdoçularımızın Qran-Pridəki ilk rəqibləri müəyyənləşib
-
20:12
"Neftçi" üçün antidopinq seminarı təşkil edilib
-
19:54
Vernidub futbolçusunu qeyri-adi üsulla sınayıb
-
18:27
“Araz-Naxçıvan”ın 3 günlük istirahəti başa çatıb
-
18:00
Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
-
17:38
“Mançester Siti”nin müdafiəçisi “Barselona”nın hədəfində
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
14.11.2026
13.11.2026
12.11.2026
























