26 Oktyabr 2026, Bazar ertəsi
Samuel Eto`O Bakıya gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu
"Qarabağ" bir xalla kifayətləndi

Ölkə futbolu

Dani Bolt rəsmən “Qarabağ”da

“Qarabağ” yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Ağdam klubunun mətbuat xidməti açıqlama yayıb.

“Qarabağ” Dani Boltu heyətinə qatıb. 25 yaşlı braziliyalı sağ cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb. O, “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Dani Bolt Portuqaliyanın 2-ci liqa klubu "Torreense"dən transfer olunub. O, başa çatan mövsümdə komandasının heyətində 36 oyuna çıxaraq 2 qol vurub və 3 qolun ötürməsini edib.

Bunadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31