14 May 2026, Cümə axşamı
"Neftçi"nin şikayəti təmin edilmədi
Valdas Dambrauskasdan qələbə şərhi
Sadıqov: “Futbolçularımla fəxr edirəm”
"Sabah" kuboku da qazandı

Ölkə futbolu

I Liqada ən çox azarkeş toplayan komandalar açıqlandı

I Liqada 2024/25 mövsümünün oyunlarını 64 min 595 tamaşaçı izləyib.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, 135 oyunda orta göstərici 478-ə bərabər olub.

Bu matçlardan ikisinin nəticəsi sonradan ləğv edilsə də, “Difai” - MOİK (40 tamaşaçı) və “Cəbrayıl” - “Qaradağ Lökbatan” (70 tamaşaçı) qarşılaşmaları tamaşaçı sayında nəzərə alınıb.

“Karvan” izləyici sayında hamını böyük fərqlə qabaqlayıb. Yevlax təmsilçisi ev oyunlarında orta hesabla 1950 tamaşaçı toplayıb. “İmişli” 2-ci, “Mingəçevir” 3-cü olub.

8-ci və 24-cü turlarda keçirilən “Karvan” - “Qəbələ” matçlarını daha çox - 3000 tamaşaçı izləyib. Üç görüşdə isə 2500 izləyici qeydə alınıb. Bu, 5-ci turun “Karvan” - “İmişli”, 7-ci turun “Karvan” -“Cəbrayıl” və 22-ci turun “İmişli” - “Karvan” görüşləridir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31