28 Aprel 2026, Çərşənbə axşamı
Millimiz Monteneqroya yollanıb
Azərbaycan boksçularından tarixi nəticə
Vernidub: “Azarkeşlərdən üzr istəyirəm”
Qurban Qurbanovdan qələbə şərhi

Ölkə futbolu

Vüqar Mustafayev ölkə çempionatlarında 250-ci oyununu keçirib

"Sumqayıt"ın futbolçusu Vüqar Mustafayev Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, "gənclik şəhəri" təmsilçisinin kapitanının yubileyi Azərbaycan Premyer Liqasının XXXII turuna təsadüf edib.

O, “Neftçi” ilə ev matçına (2:2) start heyətində çıxıb. 31 yaşlı futbolçu 250 oyunda 2 qola imza atıb.

V.Mustafayev Premyer Liqada 5 klubun formasını geyinib. O, “Bakı”da 16, “Simurq”da 12, “Qarabağ”da 8 (1 qol), “Zirə”də 77 (1 qol), “Sumqayıt”da 137 dəfə şans qazanıb. Mustafayev ölkə çempionatları tarixində 250 və ya daha çox oyun keçirən 77-ci futbolçudur.

Qeyd edək ki, onun debütü 2013/2014 mövsümündə gerçəkləşib. V.Mustafayev 2013-cü il noyabrın 22-də baş tutan “Bakı” - “Xəzər Lənkəran” görüşündə (3:0) meydana çıxıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30