Ölkə futbolu
Elvin Bədəlov: “Ola bilər, prinsipiallıq məşqçilər arasındadır, bizə aidiyyəti yoxdur”
“Sumqayıt”ın müdafiəçisi Elvin Bədəlovun Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının son turunda “Araz-Naxçıvan”a 0:2 hesabı ilə uduzdunuz. 3 turdan sonra alınan məğlubiyyəti nə ilə əlaqələndirmək olar?
- Oyuna pis başladıq. İlk 10 dəqiqədə çətinlik çəkdik. Bu səbəbdən də qapımızda erkən qol gördük. Hesabda geri düşdükdən sonra özümüzə gəldik. “Araz-Naxçıvan” yaxşı komandadır. Onlara nəinki 2, hətta 1 qol vurmaq belə çətindir. Nə qədər çalışsaq da, heç cür fərqlənə bilmədik. Ola bilər hamı oyuna tam köklənməmişdi. Bu da çıxışımıza təsir etdi.
- Bir ara “Sumqayıt” təhlükəli zonaya yaxın idi. Lakin 3 oyunda 7 xal toplamaqla demək olar ki, komandanız Premyer Liqada qalmağı təmin etdi. Ola bilərmi ki, bundan sonra artıq komandada arxayınlıq yaranıb? Yaxud motivasiya qalmayıb?
- Düzdür, bu məqamın da bir qədər təsiri var. Amma heç cür arxayınlaşmaq olmaz. 2-3 oyun uduzsaq, yenə o təhlükəni yaşaya bilərik. Ona görə də bütün matçlara ciddi yanaşmaq lazımdır.
- Bu gün “Şamaxı” ilə üz-üzə gələcəksiniz. Səfərdəki son oyundan sonra baş məşqçilər mətbuat konfrasında bir-birilərinə atmaca atmışdılar. Həmin məqam bugünkü görüşün prinsipiallığını artırır?
- Ola bilər prinsipiallıq məşqçilər arasındadır. Ayxan müəllimi tanıyıram. Onunla birgə işləmişik. İndi də Vaqif müəllimlə işləyirik. İnanmıram ki, nəsə ciddi bir problem olsun. Nə olubsa, bizə aidiyyəti yoxdur. Biz həmişəki kimi meydana qələbə üçün çıxacağıq. Evdə oynayırıq, qalib gəlmək istəyirik.
- Qış transfer pəncərəsi zamanı “Qarabağ”a keçəcəyiniz haqda xəbərlər yayılmışdı. Bu məsələ artıq qapanıb? Yoxsa yayda yenidən müzakirə olunacaq?
- Qış transfer pəncərəsi zamanı söhbət elə söz-söhbət yaranmışdı. Deməzdim tam qapanıb. Sadəcə indi dəqiq nəsə demək çətindir. Yayda çox şey ola bilər.
- Hətta belə fikirlər səslənirdi ki, sizin “Qarabağ”a keçidinizə legioner limitinin də təsiri ola bilər. Artıq məlumdur ki, limit ləğv edilib. Bu məqam transferə əngəl ola bilər?
- Necə olacağını bilmirəm. Limit oldu-olmadı, mənə fərqi yoxdur. Yay transfer pəncərəsini gözləyirəm. Orada vəziyyətə baxacağıq.
- “Sumqayıt”da qalmaq ehtimalınız var?
- Təbii ki, ilk növbədə “Sumqayıt”ın təklifinə baxacağam. Uzun illərdir burada forma geyirəm. Yox, əgər alınmasa, o zaman digər təklifləri nəzərdən keçirəcəyəm.
- Millinin son toplanışından kənarda qaldınız. Fernandu Santuşdan dəvət gözləyirdiniz?
- Bu mövsüm komanda olaraq yaxşı çıxış etmirik. Belədə milliyə dəvət almaq çətindir. Düzdür, bizdən yığmaya çağırılanlar oldu. Mən də hər zaman çalışıram, millidən dəvət gözləyirəm. Ola bilər bir qədər stabillik çatışmır. İstənilən halda qərarı baş məşqçi verir və mən də ona hörmətlə yanaşıram.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Millimizdən 5 qollu məğlubiyyət
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Canninin gəlişindən sıxılan canlar
- "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
- Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
- “Neftçi”nin yarımmüdafiəçisi oynadı, komandası qalib gəldi
- Litva millisi Bakıya böyük hesablı qələbə ilə gəlir
- “Neftçi”nin ən yaxın izləyicisi ilə oyununun biletləri satışa çıxdı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Autizm Mərkəzinin şagirdləri “Neftçi”nin qonağı olublar
- İspaniya - Xorvatiya matçında 5 qol
- İnfantino Özbəkistanda: Şavkat Mirziyoyevlə görüşdə Elxan Məmmədov da iştirak etdi
- Fərrux Hüseynzadəyə beynəlxalq təyinat
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
12:36
DÇ: Millimiz Əfqanıstana uduzdu, 84-cü oldu
-
12:00
"Kəpəz" "Turan Tovuz"un rekordunu yeniləyib
-
11:25
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
-
11:12
“Marafon”dan ilk
-
10:48
Denis Marandiçi: “Ağır zədədən sonra mübarizələrdən qorxmuram”
-
10:23
Ronaldo het-trik etdi VİDEO
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:54
Zamiq Əliyevin komandası liderliyə yüksəldi
-
09:31
"Fiorentina" - "Atalanta" matçında 4 qol VİDEO
-
09:17
Cüdoçularımızın Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib
-
09:00
"Turan" Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
21:39
Stoiçkov Bakıda 120-dən çox uşağın iştirak etdiyi futbol festivalına qatıldı
-
20:52
Rəşad Yelkiyev "Böyük Dəbilqə" turnirində bürünc medala sahib çıxıb
-
20:31
Millimiz Vyetnama məğlub oldu
-
19:00
Balabəy Ağayev Əbu-Dabidə qızıl medal qazanıb
-
18:43
Könül Əliyevadan "Böyük Dəbilqə"də tarixi nəticə
-
18:25
“Neftçi” "Şamaxı" ilə oyunun hazırlığını davam etdirir
-
17:16
1/8 finalın bütün cütləri bilindi
-
16:54
Azərbaycan kubokunda II mərhələyə yekun vuruldu
-
16:37
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
-
16:08
Xristo Stoiçkov Bakıda
-
15:25
Azərbaycan millisi Asiya Kubokunda qızıl medal qazanıb
-
14:42
Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb
-
14:19
Dünya çempionatı: üç güləşçimiz uduzdu
-
13:51
Azərbaycanda məşqçilər üçün adaptiv cüdo üzrə kurs keçirilir
-
13:00
“Rəqib “Araz-Naxçıvan”dan üstün deyildi”
-
12:43
"Yuventus" səfərdə xalsız qaldı VİDEO
-
12:28
X turun hakim təyinatları açıqlandı
-
11:56
Azərbaycanlı gənc futbolçu İspaniya klubunda
-
11:34
"Napoli"dən 4 qollu qələbə VİDEO
-
11:17
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Yaxşı mənada təəccübləndirdilər”
-
10:45
"İnter" sonda sevindi VİDEO
-
10:22
Bədavi Hüseynov: “Neftçi” ilə oyunda qazanılan xal qızıla bərabərdir”
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Böyük Dəbilqə: Cüdoçularımızın ilk rəqibləri bilindi
-
21:34
Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
21:22
Rəşad Sadiqov: “Bu cür mübarizə aparmaq özü böyük nailiyyətdir”
-
21:07
Azərbaycan kuboku: Daha 5 komanda 1/8 fnalda
-
20:56
Famil Xəlilov: “Bu futbolçulara inanmaq lazımdır”
-
19:29
Millimiz Cəbəllütariqə qalib gəldi
-
19:15
Çempionlar Liqası: "Araz-Naxçıvan" ikinci oyununda uduzdu
-
18:00
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
-
17:43
“Qarabağ” “Dinamo”ya uduzdu
-
17:28
Dakar-2026-da Azərbaycanın bayraqdarları onlar olacaq
-
17:14
“Birbaşa Bakı”nın məqsədi təkcə titulu geri qaytarmaq yox, həm də hələ də ən güclü olduğunu sübut etməkdir”
-
16:57
10 komandaya texniki məğlubiyyət verildi
-
16:42
AFFA-dan "Səbail"in prezidentinə 4 oyunluq cəza
-
16:35
"Qarabağ" 6 min manat cərimələndi
-
16:29
Ribeyro 2 oyunluq cəzalandı
30.10.2026
29.10.2026
28.10.2026
























