Ölkə futbolu
Media sektor, yoxsa karvansara?
Dünən Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində keçirilən “Sabah” - “Zirə” (1:1) oyununda bir neçə neqativ hal yaşandı. Əslində, başqa vaxt olsaydı, bunlara göz yummaq olardı. Amma nəzərə alaq ki, bir neçə gündən sonra Azərbaycan milli komandası tarixində ilk dəfə bu stadionda - “Bank Respublika Arena”da meydana çıxacaq.
Əvvəla, ondan başlayaq ki, Masazır stadionunda media sektor adlanan yer həqiqətən də mətbuat nümayəndələri üçün ayrılıb? Çünki dünənki matçı media sektorda izləyənlərin arasında jurnalist olmayanlar jurnalistlərdən daha çox idi. Media sektorda kimlər yox idi ki: klub rəsmisi, menecer... Bəli, yanlış oxumadınız. Şəxsən mənim sağ tərəfimdə ilk hissədə menecer əyləşmişdi. Görəsən, bomboş stadionda başqa yer tapılmır ki, “Sabah”ın rəsmiləri, yaxud menecerlər gəlib görüşü media sektordan izləyirlər?
Bu, “Sabah”la bağlı ilk belə hal deyil. Bir neçə tur əvvəl “Sabah”ın məşqçisi də səfərdə “Səbail”lə görüşdə media sektorda lövbər salmışdı. Nəticədə ilk 45 dəqiqədə onun qışqırtılarına dözmək məcburiyyətində qaldıq. Yalnız bu sətirlərin müəllifinin fasilədə Peşəkar Futbol Liqasına və “Səbail”ə müraciətindən sonra “Sabah”ın məşqçisi media sektordan uzaqlaşdırılmışdı. Lakin dünən Masazırda təkcə media sektor deyil, miks zona da karvansara təsiri bağışlayırdı. Hər kəs rahat şəkildə miks zonaya daxil olub, jurnalistlərin işinə mane olurdu. Biri gəlib müsahibə verməyən hazırlaşan Ceyhun Nuriyevin qolundan tutub “2 dəqiqəlik bura gəl, sonra müsahibə verərsən" deyir, bir başqası Umarali Raxmonaliyevin qolundan yapışıb onu aparır və jurnalistin sualı cavabsız qalır. Başa düşmək olmur, biz jurnalistlər istər media sektora, istərsə də miks zonaya daxil olmamışdan əvvəl vəsiqələrimizi yoxlayan stadionunun mühafizə əməkdaşları digər şəxslərin mediaya aid olan zonalara rahat şəkildə keçməsinə necə göz yumur???
Dünən Masazırdakı xoasdan əziyyət çəkən təkcə jurnalistlər deyildi. Belə ki, matçdan sonra məlum oldu ki, “Zirə”nin futbolçularının yuyunması üçün isti su yoxdur. Belədə məcburən futbolçular tərli vəziyyətdə geyinib stadionu tərk etdilər. Görəsən, biz hansı dövrdə yaşayırıq? Elə bil 2025-ci il yox, 90-cı illərin Əhmədlisi, Günəşlisidir, isti su tapılmır...
Yuxarı da qeyd etdiyimiz kimi, əslində başqa vaxt olsaydı, bütün bunlara bəlkə də göz yummaq olardı. Lakin nəzərə almaq lazımdır ki, martın 25-də Azərbaycan milli komandası “Bank Respublika Arena”da Belaruslə üz-üzə gələcək. Eyni hallar Belarus millisi ilə matçda da təkrarlansa, necə olacaq? Bu baş verərsə, Belarus, Rusiya mətbuatının Azərbaycan haqda nələr yazacağını təsəvvür etmək çətin deyil... Ümid edək ki, martın 25-nə kimi bütün çatışmazlıqlar aradan qalxacaq və AFFA və “Sabah” Azərbaycanı biabır etməyəcək.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
-
22:16
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
21:27
Boksçularımızın Avropa çempionatındakı ilk rəqibləri bilindi
-
20:41
"Sumqayıt" mövsümə qələbə ilə başladı
-
20:08
Futzal millimizin AÇ-2027-nin əsas mərhələsindəki rəqibləri müəyyənləşib
-
19:35
“Fənərbaxça” Bakıda
-
18:52
Azərbaycan klubu "World Winners Cup Alanya 2026" turnirində iştirak edəcək
-
18:19
Premyer Liqasında ayın ən yaxşısı müəyyənləşdi
-
18:00
Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib
-
17:44
“Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
-
17:23
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
-
16:56
Zədə səbəbindən U-20 millimizin düşərgəsindən ayrıldı
-
16:37
Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq
-
16:11
II Liqada 10 oyunun vaxtı açıqlandı
-
15:48
“Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
-
15:25
Ayxan Hüseynov: “Bu heç-heçə məğlubiyyətə bərabərdir”
-
15:09
Məşhur rusiyalı futbolçu karyerasını başa vurdu
-
14:52
Üzgüçülərimiz Dünya Kubokunda rekorda imza atıblar
-
14:34
"Kəpəz" U-19 millimizlə heç-heçə etdi
-
14:16
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
13:40
Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
-
13:23
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
-
12:51
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
12:17
Füzuli Məmmədov: “Bizim üçün hər qarşılaşma vacibdir”
-
11:38
“Şahdağ Qusar”dan növbəti qələbə
-
11:05
“Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
-
10:42
Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
-
10:29
Millimizin biabırçı heç-heçəsi VİDEO
-
10:14
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:56
Danimarka - Portuqaliya matçında 6 qol VİDEO
-
09:30
Yazmadığım yazı...
-
08:43
Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
-
21:55
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
-
21:17
Azərbaycan kubokunda oyunların vaxtı açıqlandı
-
20:28
AFFA 6 klubu cərimələdi
-
18:46
Mikayıl Cabbarov dünya çempionu olan Azərbaycan millisini təbrik edib
-
17:31
Mustafa Vəlizadə: “Çox əziyyət çəksək də, medallar qazana bildik”
-
17:12
Azərbaycan millisi bu dəfə qapısında 8 qol gördü
-
17:00
Basketbol Liqasında iki oyun təxirə salınıb
-
16:43
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
-
16:24
Şahmatçılarımızın dünya reytinqindəki mövqeyi açıqlandı
-
15:59
U-20 voleybol millimiz EEVZA çempionatına Qubada hazırlaşır
-
15:37
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin qalibləri mükafatlandırılıb
-
15:15
İdmançılarımız “Mingəçevir Reqatası-2026”nı 22 medalla başa vurublar
-
14:48
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
-
14:26
“Mingəçevir Reqatası-2026”: Tarverdiyev-Vəlizadə cütlüyü ikinci oldu
-
14:02
Üzgüçülərimiz Bakıda Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
-
13:51
Azərbaycan Basketbol Liqasının qalibi 1 milyon 400 min manat mükafat qazanacaq
-
13:34
Litvanın qələbəsi VİDEO
-
13:13
“Sumqayıt”ın məşqçi heyəti Qanvermə aksiyasında iştirak edib FOTOLENT
-
13:00
Azərbaycanın “Mingəçevir Reqatası-2026”da medal sayı artdı
02.10.2026
01.10.2026
























