Ölkə futbolu
Rövşən Nəcəfin vədi yalan çıxdı...
Ötən ilin mayında AFFA prezidenti Rövşən Nəcəfin idman jurnalistləri ilə qeyri-rəsmi görüşü keçirildi. SOCAR-ın binasında baş tutan həmin görüşdə Rövşən bəy birbaşa olmasa da, dolayısı yolla idman mətbuatına dəstək olmaq istədiyini bildirdi. Sirr deyil ki, böyük pulların dövr etdiyi Azərbaycan futbolunda təəssüf ki, maddi baxımından ən aşağı təbəqə məhz mediadır. Məsələn, bu gün sıravi futbolçu ayda 5 min manat qazanırsa, idman mətbuatının böyük hissəsinin aylıq qazancı 4 rəqəmli məbləğə çatmır. Buna görə də Rövşən bəyin təşəbbüsü çox xoş qarşılandı. Həm də daha öncə buna bənzər layihə AFFA-nın əvvəlki rəhbərliyi tərəfindən də həyata keçirilmişdi. Konkret desək, AFFA-nın sabiq baş katibi Elxan Məmmədovun təşəbbüsü ilə yaradılmış Media Komitəsi tərəfindən müxtəlif layihələrin icrasına görə ayın sonunda assosiasiya tərəfindən saytlara aylıq 500 manat civarında vəsait ödənilirdi. Düzdür, Rövşən Nəcəflə görüşdə bəziləri elə danışdılar ki, sanki həmin vaxt AFFA mediaya pul ödəmirdi, əksinə, mediadan pul alırdı. Hər nə qədər qəribə olsa da, həmin vaxt Elxan Məmmədovun sağ əli olan Sərxan Hacıyev ağzına su alaraq oturdu və “əslində elə olmayıb”, “düz demirsiniz” və s. fikirlər səsləndirməməklə hazırkı AFFA prezidentində düzgün informasiyanın formalaşmasına cəhd etmədi, amma hazırda mövzumuz o deyil. Uzun sözün qısası, AFFA prezidenti ilə həmin görüşdən sonra idman mediasında bir ümid yarandı. Əksəriyyət səbirsizliklə növbəti görüşü gözləməyə başladı. Çünki Rövşən bəy bildirdi ki, maksimum 1 ay ərzində bu tip növbəti görüş baş tutacaq və orada bu məsələ daha dəqiq, daha konkret şəkildə müzakirə olunacaq.
Gəl ki, həmin görüşdən təxminən 8 ay keçsə də, AFFA-dan xəbər-ətər yoxdur. Lakin sən demə, biz belə düşünürmüşük. Əslində isə 15-20 gün əvvəldən bəziləri artıq hərəkətə keçib. Düzdür, budəfəki danışıqlar prosesində assosiasiyanın prezidenti Rövşən Nəcəf iştirak etməyib. Amma böyük ehtimalla, göstəriş məhz Rövşən bəy tərəfindən verilib. Çünki inanmırıq ki, icraçı vitse-prezident Sərxan Hacıyev Rövşən bəyin icazəsi və xəbəri olmadan mətbuat xidmətinə bir qrup saytla əməkdaşlıqla bağlı danışıqlar aparmaq tapşırığı versin. Təbii ki, hər kəs istədiyi media qurumu ilə əməkdaşlıqda sərbəstdir. Kim kimə reklam verir, özü bilər. Sadəcə indiki məqamda məsələ Rövşən Nəcəfin vədinin yalan çıxmasıdır. Axı AFFA prezidentinin media ilə görüşündə fərqli söhbət olmuşdu. Bildirilmişdi ki, növbəti dəfə bu məsələ yenidən qaldırılacaq, assosiasiya birbaşa deyil, hansısa media təşkilatının vasitəçiliyi ilə mətbuata dəstək olacaq. Bəs indi nə dəyişdi, Rövşən bəy? Yaxud sizin AFFA-nın əməkdaşları əməkdaşlıq edəcəkləri saytları hansı kriteriyaya uyğun müəyyənləşdiriblər? Yoxsa hər şey tipik Azərbaycan variantında olub - ancaq dost-tanış? Göründüyü kimi, suallar çoxdur, cavab isə təəssüf ki, yoxdur. İnanıram ki, Rövşən bəyin media ilə ilk görüşündə təkcə biz deyil, “12-liy”ə düşməyən digər saytlar da AFFA prezidentinə bu barədə sual ünvanlayacaq. Ən azı ayrı-seçkiliyin səbəbi hamıya maraqlıdır...
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
-
09:31
“Qarabağ”ın legionerindən millidə məhsuldar ötürmə
-
22:01
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
-
21:33
Azərbaycan təmsilçisi tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb
-
20:45
Cüdoçularımızın Qran-Pridəki ilk rəqibləri müəyyənləşib
-
20:12
"Neftçi" üçün antidopinq seminarı təşkil edilib
-
19:54
Vernidub futbolçusunu qeyri-adi üsulla sınayıb
-
18:27
“Araz-Naxçıvan”ın 3 günlük istirahəti başa çatıb
-
18:00
Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
-
17:38
“Mançester Siti”nin müdafiəçisi “Barselona”nın hədəfində
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
13.11.2026
12.11.2026
























