Ölkə futbolu
Bir əldə 3 “qarpız” - QEYD
O gün “Araz-Naxçıvan”ın məşqini izləyirdim. Buzovna stadionunun qazonu kənardan yaxşı təsir bağışlasa da, yaxından baxanda görürsən ki, o qazonda nəinki futbol oynamaq, məşq etmək, hətta qaçmaq belə risklidir. Hər an ayağın burxula bilər. Lakin Naxçıvan klubunu qınamaq da olmur. Məcburiyyətdən komanda məşqlərini orada keçirir. Yoxsa kim istər ki, hər an zədə riski olan meydançada hazırlıq keçsin...
Xeyli müddətdir Bakıda stadion çatışmazlığı müşahidə olunur. Əksər komandalar məşq üçün meydança tapmaqda çətinlik çəkirlər. Adicə bir nümunə. Bu gün “Araz-Naxçıvan” yoxlama oyununda “Səbail”lə üz-üzə gələcək. Qarşılaşmanın yeri yalnız matçın startına 1 sutkadan az qalmış məlum oldu...
Bu gün Premyer Liqada çıxış edən 10 klubdan dördü - “Neftçi”, “Zirə”, “Səbail” və “Sabah” Bakını təmsil etsə də, məcburiyyətdən “Qarabağ” və “Araz-Naxçıvan” da paytaxtda məskunlaşıb. Elə “Turan Tovuz” da çox vaxt məşqlərini Bakıda keçirir. Bu 7 klubdan “Qarabağ”, “Neftçi” və “Sabah”ın məşq etmək üçün meydança baxımından problemi yoxdur. Ağdam klubu “Azərsun Arena”da, “Neftçi” isə öz bazasında rahat hazırlığını keçir. “Səbail”in məşqlərinə də oyunlarını keçirdiyi “ASCO Arena” ev sahibiyi edir. “Zirə”, “Turan Tovuz”, “Araz-Naxçıvan”ın isə işi zülmdür. Məşq üçün gəzmədikləri stadion qalmır. Son zamanlar “Zirə”nin dadına “Azərsun Arena” çatır. “Araz-Naxçıvan” isə girişdə qeyd etdiyimiz kimi, Buzovna stadionunda lövbər salıb.
Stadion baxımından bəxti gətirən yeganə komanda “Sabah”dır. Hazırda rəhbərliyi AFFA-da da əsas söz sahibi olan Masazır klubunun ixtiyarında düz 3 arena var. Onlardan biri komandanın ev oyunlarını keçirdiyi Masazır stadionudur. “Sabah” məşqlərini Şüvəlandakı keçmiş adı ilə “AZAL Arena”da da keçir. Xeyli müddət diqqətdən kənarda qalan sözügedən arena da neçə vaxtdır “Sabah”ın balansındadır. Eynən daha çox “Şəfa” adı ilə tanınan stadion kimi. “Keşlə”nin “Şamaxı”ya “çevrilməsindən” sonra uzun müddət “yiyəsiz” qalan arena da “Sabah”ın ixtiyarındadır. Bu halda ortaya maraqlı sual çıxır. Digər klublar məşq etməyə meydança tapmadığı halda nə üçün üç stadion birdən “Sabah”ın ixtiyarına verilib? Bu anda yada məşhur “I əməliyyatı” filmindəki “sementzavod ya, poqruzka uqlya ya, xlebzavod ya, ya, ya...” səhnəsi düşür... Bu nə stadion aclığıdır, ay “Sabah”?..
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
-
09:31
“Qarabağ”ın legionerindən millidə məhsuldar ötürmə
-
22:01
“Araz-Naxçıvan”ın sabiq çalışdırıcısının yeni klubu bilindi
-
21:33
Azərbaycan təmsilçisi tamblinq üzrə dünya çempionatında gümüş medal qazanıb
-
20:45
Cüdoçularımızın Qran-Pridəki ilk rəqibləri müəyyənləşib
-
20:12
"Neftçi" üçün antidopinq seminarı təşkil edilib
-
19:54
Vernidub futbolçusunu qeyri-adi üsulla sınayıb
-
18:27
“Araz-Naxçıvan”ın 3 günlük istirahəti başa çatıb
-
18:00
Gəncədə bədii gimnastika üzrə açıq region birinciliyi keçiriləcək
-
17:38
“Mançester Siti”nin müdafiəçisi “Barselona”nın hədəfində
-
17:06
Azərbaycan Avropa çempionatını 4 medalla başa vurub
-
16:41
Boksçumuz Yeniyetmələrin Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb
-
16:19
AFFA bu komandanı yarışdan kənarlaşdırdı
-
15:51
“Mançester Yunayted” Kerriki istefaya göndərdi
-
15:25
Çində millinin futbolçularının döymə ilə meydana çıxması qadağan edildi
-
15:03
2032-ci ilin yayına kimi “Aston Villa”da
-
14:32
Azərbaycan millisinin bayraqdarları müəyyənləşib
-
13:44
Mikayıl Cabbarov beynəlxalq yarışlarda uğur qazanan güləşçilərlə görüşüb
-
13:17
AFFA-dan hakimi təhqir edən futbolçu və məşqçiyə 4 oyunluq cəza
-
13:00
Özbəkistan dünya çempionatı öncəsi Azərbaycanın futbol infrastrukturunu öyrənir FOTOLENT
-
12:28
Bakıda regionları təmsil edən cüdoçular üçün təlim-məşq toplanışı başlayıb
-
11:56
“Mançester Yunayted” “Çelsi”nin müdafiəçisinə göz dikib
-
11:31
Azərbaycanın batut gimnastları Çindəki yarışda finala vəsiqə qazanıblar
-
11:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
10:45
Elxan Məmmədov Livanda FIFA Arena-nın açılışında iştirak edib
-
10:23
AFFA, futbolu yarıtdınız, qaldı futzal?!
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
13.11.2026
12.11.2026
11.11.2026
























