19 Yanvar 2026, Bazar ertəsi
"Araz-Naxçıvan"dan 4 qollu qələbə
“Turan Tovuz” ilk oyununda məğlub oldu
U-21 millimiz "Şamaxı"ya uduzdu
"Sumqayıt" "Osiyek"lə bacarmadı

Ölkə futbolu

“Araz-Naxçıvan”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb

“Araz-Naxçıvan”ın məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
 
Futbolxeber.az saytının Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Elmar Baxşıyevin yetirmələri Azərbaycan Premyer Liqasının XVII turunun “Sabah”la ev matçında 0:1 hesabı ilə uduzublar.
 
Naxçıvan təmsilçisi son dəfə avqustun 2-də “Qarabağ”a 1:4 hesabı ilə məğlub olmuşdu. 134 gündən sonra uduzan komanda bu müddətdə keçirdiyi 15 qarşılaşmada 12 qələbə qazanıb və 3 heç-heçə edib.
 
Klub tarixinin rekorduna imza atan “Araz-Naxçıvan” ölkə çempionatları tarixində ardıcıl ən azı 15 oyunda uduzmayan 13-cü komanda olub. Bu, 37-ci belə seriyadır.
 
Qeyd edək ki, "Araz-Naxçıvan" hazırda 39 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31