2 Noyabr 2025, Bazar günü
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

Azərbaycan kubokunun oyunlarındakı hadisələrlə bağlı cəzalar bilindi

AFFA-nın İntizam Komitəsi Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsinin matçlarındakı qayda pozuntuları ilə bağlı qərarlarını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, “Mingəçevir” - “Zaqatala” oyununda “Mingəçevir”in 6 futbolçusu sarı vərəqə aldığına görə klub 70 manat cərimələnib.

“Qaradağ Lökbatan” - “Karvan” oyunu FHN avtomobilinin gec gəlməsi səbəbindən gec başladığına görə “Qaradağ Lökbatan”  100 manat cərimə edilib.

Oyun bitdikdən sonra “Karvan”ın 4 nömrəli futbolçusu Kənan Quliyev stadionun infrastrukturuna zərər yetirdiyinə görə 1 oyun cəzalanıb, “Karvan” klubu 100 manat cərimə edilib. Stadionun infrastrukturuna vurulmuş zərərin “Karvan” tərəfindən ödənilməsinə qərar verilib.

“Şəfa” - “Difai” oyununda “Şəfa”nın 7 nəfər sarı vərəqə aldığına görə klub 70 manat cərimələnib.

Sözügedən oyunun 105-ci dəqiqəsində “Şəfa”nın 7 nömrəli futbolçusu Elvin Nəsibov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klub 300 manat cərimə edilib.

Görüş bitdikdən sonra “Şəfa”nın 32 nömrəli futbolçusu Elməddin Hüseynzadə təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, klub 300 manat cərimələnib.

Qarşılaşmada “Difai”nin 6 futbolçusu sarı vərəqə aldığına görə klub 70 manat cərimələnib.

Oyun bitdikdən sonra “Difai”nin 73 nömrəli futbolçusu Bəşir Ayralov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb, “Difai” 200 manat cərimə edilib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30