15 Avqust 2026, Şənbə
İmad Faraj “Neftçi”dən getdi
Yeni mövsümün ilk qolu vuruldu
“Tvente” “Qarabağ”a rəqib oldu
“Qarabağ” pley-offa yüksəldi

Ölkə futbolu

Berdıyev: "Nəticə ədalətli idi"

“Son dəqiqələrdə qol vurmağımıza baxmayaraq, düşünürəm ki, heç-heçə ədalətli nəticə idi”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyev “Şamaxı” ilə oyundan (2:2) sonra təşkil olunan mətbuat konfransında deyib.

Daha sonra türkmənistanlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Əsas heyətin bir neçə üzvü ehtiyatda idi. Bunun xüsusi səbəbi var idi?

- Miller zədəli idi. Buna görə onu sonradan oyuna buraxdıq. Sadiq Şəfiyevlə Araş Qaderiyə də şans vermək və onları meydanda görmək istədik.

- Qapıçı dəyişikliyi Konovalovun ötən oyundakı səhvinə görə idi?

- Xeyr. Kim özünü məşqdə yaxşı göstərirsə, o da oynayır. Oynamaq üçün özünü məşqdə yaxşı göstərməlisən.

- Komandanın enişdə olduğunu demək olar?

- Xeyr. Düzdür, nəticələr bizi qane etmir. Amma bunu eniş kimi qəbul etmirik.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31